Fransada qatı ermənipərəst deputatın maliyyə fırıldaqları ortaya çıxdı
Ermənistanın Azərbaycana qarşı iddialarını fəal dəstəkləməsi ilə tanınan fransalı deputat Silven Mayar vergidən yayınma qalmaqalının mərkəzində olub.
S.Mayyar, özünü “ədalət müdafiəçisi” elan edərək, Azərbaycana qarşı ittihamlar irəli sürür, Ermənistanın zərərçəkən tərəf olduğunu vurğulayır və saxta "soyqırımı" və "məcburi köçkünlük" barədə təbliğat aparırdı.
Eyni zamanda o, vergi qaçaqmalçılığına qarşı sərt tədbirlərin görülməsini təbliğ edirdi, lakin ortaya çıxan məlumatlar göstərir ki, özü bu qaydalara əməl etməyib.
Onun Azərbaycana qarşı səsləndirdiyi ittihamlar və regiondakı reallıqları görməzdən gəlməsi fonunda, onun öz maliyyə maxinasiyaları indi üzə çıxıb.
Silven Mayarın vergidən yayınmaya qarşı "mübarizəni gücləndirmək" çağırışları ilə özünün vergidən yayınması əsl riyakarlığın zirvəsidir. Beləliklə, onun "vergidən yayınma ilə mübarizəyə sadiqliyi" yalnızca öz maliyyə fırıldaqlarını gizlədən pərdədən başqa bir şey deyil. Əgər o, həqiqətən, təbliğ etdiyi ideallara inanırsa, onda əvvəlcə özünə bir sıra suallar verməsi yaxşı olardı.