BMT-dən Qəzza ilə bağlı xəbərdarlıq - İsrail müharibəni dayandırmasa 3 ölkə çökəcək...
Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin hücumlarının üçüncü aya keçəcəyi halda Misir, Livan və İordaniyada 230 min insanın yoxsullaşacağını və üç ölkənin təxminən 10,3 milyard dollar itirəcəyini bildirib.
BMT İnkişaf Proqramının (BMTİP) rəsmi internet səhifəsində yer alan açıqlamada, BMTİP və BMT-nin Qərbi Asiya İqtisadi və Sosial Komissiyasının (ESCWA) İsrailin Qəzzaya hücumlarının qonşu ölkələrin iqtisadiyyatına təsiri dəyərləndirildiyi bildirilib.
Açıqlamada Qəzzaya hücumların qonşu ölkələrin sosial-iqtisadi tənəzzüllə üzləşməsinə səbəb olduğu vurğulanıb. Hücumlara görə Misir, İordaniya və Livanda insan inkişafının ən az 2-3 il geriləyə biləcəyi xəbərdarlığı edən təşkilat, Qəzzada 2,2 milyon insanı "təhlükə altına alan" humanitar yardım sisteminin çökmək üzrə olduğunu bildirir.
Qeyd edilir ki, İsrailin Qəzzaya hücumlarının üçüncü ayda da davam edərsə Misir, Livan və İordaniyada 230 min insan yoxsulluqla üzləşəcək və bu ölkələrin təxminən 10,3 milyard dollar gəlir itirəcək.
Qəzzada “dərhal humanitar atəşkəs” çağırışı edilən açıqlamada, hücumların coğrafi miqyası genişlənərsə, təsirlərinin eksponent olaraq arta biləcəyi xəbərdarlığı edilib.
TAHİR