KÖHNƏ VERSİYA            

Paşinyandan yeni pozuculuq - Azərbaycanla Sazişdə konstitusiya dəyişikliyi öhdəliyi olmasın...

Image

Məlum həqiqətdir ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə ən böyük əngəl sonuncunun konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının təsbit edilməsidir. Bu fonda rəsmi Bakının qəti mövqeyi ondan ibarətdir ki, sülhə nail olmaq üçün Ermənistan Konstitusiyasında mütləq dəyişiklik edilməlidir. İrəvan hələ də bundan yayınır. 

Burada xatırlatmaq lazım gəlir ki, 2020 və 2023-cü illərdə Azərbaycanın Ermənistan işğalı altında olan torpaqlarının işğaldan azad edilməsi və suverenliyin tam bərpası iki ölkə arasında sülh üçün imkanlar yaradıb. Lakin Ermənistan Konstitusiyada, o cümlədən digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları qalmaqda davam edir. Ermənistanın 23 avqust 1990-cı ildə qəbul etdiyi Müstəqillik Haqqında Bəyannamə Qarabağı Ermənistanın tərkib hissəsi kimi nəzərdən keçirən Ermənistan SSR Ali Şurasının 1 dekabr 1989-cu il tarixli aktına istinad edir. Bu iddia daha sonra 5 iyul 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın preambulasında öz əksini tapıb və Konstitusiyaya 27 noyabr 2005 və 6 dekabr 2015-ci illərdə edilən düzəlişlər zamanı saxlanılıb.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov "Azərbaycanla Ermənistan arasında Sülh Razılaşmasının imzalanmasına əsas maneələr" adlı tədbirdə qeyd edib ki, Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunmasında iki əsas əngəl var ki, onlardan biri Ermənistan Konstitusiyasındadır: “Bu maneə Ermənistanın Müstəqillik aktında da öz əksini tapıb. "Qarabağ Ermənistanın bir hissəsidir" müddəası orada əsas kimi qəbul olunur". Amma bunlara rəğmən, Ermənistanın Konstitusiyasında qonşu ölkələrə qarşı ərazi iddiaları yoxdur, baş nazir Nikol Paşinyan  Bakıda səslənən bəyanatlara cavab olaraq qeyd edib ki, Ermənistan Konstitusiyasında qonşu ölkələrə heç bir ərazi iddiası yoxdur.  Paşinyan Ermənistan Konstitusiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərarını xatırladaraq, Konstitusiyanın Preambulasında Müstəqillik Bəyannaməsinə istinadın müstəsna olaraq bəyannamədə təsbit olunmuş müddəalara aid edildiyini bildirib. İddia edib ki, onun Konstitusiyanın maddələrinə aidiyyatı yoxdur: “Ermənistan Konstitusiyasının heç bir müddəasında qonşu ölkələrə qarşı ərazi iddiaları yoxdur”. Halbuki, burada həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Bunlar fonunda Ermənistanın Konstitusiya Məhkəməsi məsələni qəlizləşdirərək hesab edir ki, preambula, ümumiyyətlə, dəyişdirilə bilməz. Amma Azərbaycanın bütöv preambula ilə işi yoxdur, problem xüsusi cümlədədir. Ölkəmiz onun dəyişdirilməsini istəyir. Ermənistan da bundan imtina edir.

Bütün bunlar sülh prosesini əngəlləməkdə davam edir. Erməni ekspert Onnik Krikoryan qeyd edilənlər fonunda daha bir maraqlı iddia irəli sürür. O qeyd edir ki, Ermənistanda konstitusiyaya heç kim əhəmiyyət vermir, çünki insanlar onun işləmədiyini düşünürlər. Onun sözlərinə görə, Ermənistanın baş naziri də dəyişiklik, yenilik istəyir, ancaq Konstitusiyaya dəyişiklik ölkələrində ziddiyyətli məsələdir: “Nikol Paşinyan insanlara yaxşı təsir edə bilir və onları hazırlayır. Baş nazir Ermənistanda konstitusiyaya dəyişiklik məsələsini bir neçə dəfə müzakirə edib. Onun özü də bildirib ki, bu məsələ sülhə maneə törədir". Türkiyə Kadir Has Universitetinin eksperti Mitat Çelikpala isə başqa bir nüansa diqqət edir. O vurğulayır ki, erməni diasporu və müxalifəti Azərbaycanla Ermənistan arasında sülh prosesinin inkişafına əngəl törədir. Ekspert qeyd edib ki, Ermənistan Konstitusiyasında Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da ərazi iddiası mövcuddur: "Ermənistanın daimi yekun sülh əldə etmək üçün bir şansı var, Cənubi Qafqazda bunu təmin etmək olar. Azərbaycanla yanaşı, Ermənistan konstitusiyasında Türkiyəyə qarşı da ərazi iddiası mövcuddur. Bunlar isə Konstitusiyaya dəyişikliyi tələb etmə haqqı verir”. O xatırladıb ki, Türkiyə Ermənistanın müstəqilliyini tanıyıb, ancaq Qarabağ məsələsinə görə Ermənistanla sərhədini bağlayıb. Ekspert vurğulayıb ki, 2010-cu ildə Ermənistan və Türkiyə parlamentləri sənəd qəbul ediblər ki, iki ölkə arasındakı sərhədlər beynəlxalq hüquq əsasında müəyyən edilsin: “Burada cari sərhədlərdən söhbət gedir. Ancaq erməni diasporu məsələni fərqli tərəfə çəkib. Erməni diasporunun və müxalifətinin kritik müdaxilələri müşahidə olunur ki, bunlar prosesin inkişafına əngəl törədir. Ancaq ümid edirik ki, Ermənistan-Azərbaycanla yanaşı, Ermənistan-Türkiyə münasibətləri də tam normallaşacaq". Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Ceyms Şarp İrlandiyanın sülh təcrübəsindən söz açıb: “1998-ci il aprelin 10-da imzalanan Belfast müqaviləsi əlamətdar bir nailiyyət idi və Şimali İrlandiyada 30 illik münaqişəyə son qoydu. Müqavilə 22 may 1998-ci ildə keçirilən iki referendumda təsdiqləndi. Nəticədə Şimali İrlandiya özünüidarəni bərpa etdi". Burada bir nümunəni də xatırladaq ki, Şimali Makedoniya və Yunanıstan arasında razılaşma da konstitusiyaya dəyişiklik hesabına əldə olunub. Hesab olunur ki, Azərbaycan və Ermənistan da müqavilə bağlaya, qarşı tərəf bu müqavilə çərçivəsində konstitusiya dəyişikliyini öz üzərinə götürə bilər. Azərbaycan bu yanaşmanı məqbul saysa da, Ermənistan buna getmək istəmir. Belə vəziyyət sülhə ciddi əngəl olaraq qalmaqda davam edir.

Samirə SƏFƏROVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Mədəniyyət Nazirliyi Yasamalda bu fakta görə niyə cinayət işi başlatmadı?..

AŞPA-da Azərbaycanın 10 düşmənindən biri Jurnalistləri Müdafiə Komitəsi imiş...

21 yaşlılara silah hüququ tanımaq kimlərinsə "silah biznesinə" dəstəkdən başqa bir şey deyil...

SON XƏBƏRLƏR

25.01.2025 | 00:39
“Trampın 2020-ci ildəki qələbəsi “oğurlanmasaydı” Ukraynada böhran baş verməzdi” - Putin

24.01.2025 | 23:16
Şahbaz Şərif Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşdü

24.01.2025 | 22:40
VULKAN EVLƏNMƏK İSTƏYƏNDƏ DELFİNLƏRİ ELÇİ GÖNDƏRİR?

24.01.2025 | 21:18
Makron Əlcəzairdən üzr istəmək əvəzinə bu ölkənin vətəndaşlarını həbs etdirir...

24.01.2025 | 21:02
Rusiya 800 min əsgər itirib - Tramp şok rəqəm açıqladı...

24.01.2025 | 20:47
Silahın haraya göndərilməsi də dövlət sirri sayılacaq - pərdəarxası incə mətləb...

24.01.2025 | 20:33
Delimitasiyanın ən mürəkkəb mərhələsi başlanır - Ermənistan gərginliyi toqquşmaya çevirə bilər...

24.01.2025 | 20:18
Tramp İranla münasibətləri bir nəfərə tapşırdı - Tehran Zəngəzur dəhlizinin açılmasına razılıq verə bilər...

24.01.2025 | 20:04
Cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının rəhbəri dəyişdirildi...

24.01.2025 | 19:51
Avropanın qaz dilemması dərinləşir, ABŞ sıxır - Azərbaycan güclənir...

24.01.2025 | 19:39
Həyatına dəyər verən adam bu dietoloqun qrupuna qoşulmaz...

24.01.2025 | 19:25
Ermənistan bu il KTMT-dən rəsmi çıxacaq...

24.01.2025 | 19:12
İqtisadi tərəqqidə sahibkarların yeri və rolu artır...

24.01.2025 | 18:58
Ermənistanın eyni anda Aİ və Aİİ-yə üzvlüyü Mirzoyanla Lavrovu üz-üzə qoydu...

24.01.2025 | 18:45
Bakıda mühakimə edilən Vardanyanın vəkili bu yalanlarla onu daha ağır duruma salır...

24.01.2025 | 18:31
Mədəniyyət Nazirliyi Yasamalda bu fakta görə niyə cinayət işi başlatmadı?..

24.01.2025 | 18:17
Paşinyan Davosda etiraf etdi - Azərbaycan regional gücdür...

24.01.2025 | 18:04
Rusiya və İran sanksiyalarına görə Ermənistanın iqtisadi vəziyyəti ağırlaşacaq...

24.01.2025 | 17:50
Trampın yeni sülh formulu... OPEK-i neft qiymətlərini aşağı salmağa çağırdı – Ukraynada müharibə dərhal bitəcək...

24.01.2025 | 17:44
“Putin Trampla danışıqlara hazırdır, siqnal gözləyirik" - Kreml

24.01.2025 | 17:37
Azərbaycan alimlərinin elmmetrik bazası tələblərə cavab vermir... - MÜSAHİBƏ

24.01.2025 | 17:24
İrəvandan Moskvaya qarşı daha bir gediş - rus sərhədçiləri ABŞ-ın köməyi ilə Ermənistandan çıxarılacaq...

24.01.2025 | 17:17
AŞPA-da Azərbaycanın 10 düşmənindən biri Jurnalistləri Müdafiə Komitəsi imiş...

24.01.2025 | 17:05
Azərbaycanlılara 21 yaşda silah almaq hüququ verildi...

24.01.2025 | 17:02
Xeyirxah əməllər sahibi

24.01.2025 | 16:53
Dövlәt Ehtiyatları Agentliyinin vergidәn yayındığı ortaya çıxdı...

24.01.2025 | 16:45
“Dünya İqtisadi Forumu dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir” - Vüqar Rəhimzadə

24.01.2025 | 16:32
Zəlimxan Yaqubun 75 illik yubileyi qeyd olundu

24.01.2025 | 16:25
Ermənistan KTMT-yə dönmək niyyətində olmadığını bəyan etdi – Moskvaya mesaj...

24.01.2025 | 16:17
"Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edilib" - Nazir

24.01.2025 | 16:08
Rusiyadan Trampa çağırış – Baydenin Ukrayna səhvlərini düzəldin...

24.01.2025 | 16:05
QƏDİM TƏBABƏTƏ AİD ƏLYAZMALAR NƏŞR OLUNUR

24.01.2025 | 15:58
Dalğıclar dənizdə batma təhlükəsi ilə üzləşən şəxsi belə xilas etdi - VİDEO

24.01.2025 | 15:43
Dələduzluqda təqsirləndirilən şirkət rəhbəri məhkəmədə qandallandı...

24.01.2025 | 15:40
“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu - FOTO

24.01.2025 | 15:27
Davos Forumu - imkanlarımızı nümayiş etdirmək üçün qlobal əməkdaşlıq platforması

24.01.2025 | 15:26
Vilayət Eyvazov: "Əldə edilmiş müsbət nəticələr Daxili İşlər Nazirliyinin əməkdaşlarını arxayınlaşdırmır"... - FOTO

24.01.2025 | 15:24
"Ötən il İnterpol vasitəsilə axtarışa verilən 118 şəxsin yeri müəyyən olunub" - DİN

24.01.2025 | 15:10
Qəhrəmanlar unudulmur - FOTO

24.01.2025 | 15:00
Minimum əmək haqqı artdı: fərdi sahibkarlar nə qədər sosial haqqlar ödəyəcəklər? - Deputat açıqladı...

24.01.2025 | 14:47
"Aqroservis"in bölmə direktoru həbs olundu...

24.01.2025 | 14:30
Aktauda təyyarə qəzası ilə bağlı istintaqın ilkin nəticələri gələn həftə açıqlana bilər...

24.01.2025 | 14:21
Zərdabda narkokuryerlik edən şəxs saxlandı

24.01.2025 | 14:00
"Fransa hakimiyyəti Kanak xalqının dinc etirazlarını zorakılıqla yatırdı..." - BTQ

24.01.2025 | 14:00
Təyyarə qəzasında xəsarət alanlardan müalicəsi davam etdirilir, 1 nəfərin vəziyyəti ağır stabildir - BİRGƏ MƏLUMAT

24.01.2025 | 13:44
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

24.01.2025 | 13:30
"Qəzaya uğrayan AZAL təyyarəsinin ekipajının danışıqlarından “sızmış” məlumatlar “qara qutular”dakılarla uyğun gəlmir" - Kanat Bozumbayev

24.01.2025 | 13:18
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunlarının komandanı ilə görüşdü

24.01.2025 | 13:10
Трамп поставил ультиматум Путину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.01.2025 | 13:05
Bakıda moped və motosiklet oğurlayan şəxslər saxlandı

24.01.2025 | 12:57
Tramp daha bir müddətə ABŞ prezidenti ola bilər - konstitusiyada dəyişiklik təklif edildi...

24.01.2025 | 12:43
Bu xəstəxanalara göndərişsiz, sığorta ilə müraciət etmək olacaq...

24.01.2025 | 12:42
Bakıda oğurluq edən 2 keçmiş məhkum tutuldu

24.01.2025 | 12:30
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO

24.01.2025 | 12:14
Qaradağda oğurluq edən şəxslər saxlandı

24.01.2025 | 12:00
Rusiyadan Kiyevə kütləvi PUA hücumu - 3 nəfər həlak olub

24.01.2025 | 11:48
Astarada 9 kiloqram narkotik dövriyyədən çıxarıldı

24.01.2025 | 11:30
İstanbulda mikroavtobus aşıb, 3 nəfər ölüb

24.01.2025 | 11:20
Bu qəsəbədə 2 əl qumbarası və partladıcılar tapıldı

24.01.2025 | 11:10
Nazirlik əməkdaşları özəl klinikada müqavimətlə üzləşdi- AÇIQLAMA

24.01.2025 | 11:05
Bir gündə 70 cinayətin üstü açılıb

24.01.2025 | 11:03
Lavrov - Mirzoyan dueli nə ilə bitdi? Qəribə oyunlar! - CANLI

24.01.2025 | 11:00
"Qarabağ" uduzdu, UEFA reytinqində mövqeyimiz dəyişmədi...

24.01.2025 | 10:30
Qazaxıstanda 4 terrorçu yaxalandı

24.01.2025 | 10:15
Tramp İrana "ilişdi" - "bu proses dünyanı fəlakətə sürükləyəcək"

24.01.2025 | 10:10
3 qızı öldürən şəxsə 52 il cəza verildi - Britaniya məhkəməsindən QƏRAR!

24.01.2025 | 10:05
Terror hücumu nəticəsində bir türk əsgəri şəhid olub

24.01.2025 | 10:00
Mərkəzi Kəşfiyyat İdarəsinə yeni direktor təyin edildi

24.01.2025 | 09:42
21 yaşlılara silah hüququ tanımaq kimlərinsə "silah biznesinə" dəstəkdən başqa bir şey deyil...

24.01.2025 | 09:30
Şimali Koreya Rusiyaya əlavə qoşunlar göndərir - kəşfiyyat AÇIQLAMASI

24.01.2025 | 09:25
"TələbəPlus"dan sonra "TəhsilPlus" da gəldi - nə faydası olacaq...

24.01.2025 | 09:20
Bakıda kiberdələduzluq edən "şirkət rəhbəri" yaxalanıb

24.01.2025 | 09:10
Türkiyədə qalmaqallı menecer saxlanıldı

24.01.2025 | 09:05
Con Kennedinin qətli ilə bağlı məxfi materiallar yayımlanacaq - Tramp göstəriş verdi!

24.01.2025 | 09:00
Marko Rubio və Hakan Fidan Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər

24.01.2025 | 08:37
Aliment fondu yaradılır - boşanmalara son, ya təkan?

23.01.2025 | 21:22
Saxta erməni tarixinin izlərini qədim Babilistan yazılarına aparıb çıxardılar...

23.01.2025 | 21:07
Baydenlə Blinkenin “907-ci nankorluğu” ABŞ xristianlarının diqqətində...

23.01.2025 | 20:52
Paşinyan Bakıda məhkəməsi gedən erməniləri şok fikirlərlə müdafiə etdi...

23.01.2025 | 20:39
"Zəngəzur dəhlizi ABŞ-a verilir" - iddia...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031