Rusiya, İran və "Hizbullah" Əsədi müdafiə etmək istəmədilər... Niyə?
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Suriyadakı son hadisələrlə bağlı maraqlı paylaşım edib.
A.Quliyev yazır:
54 illik ailə səltənəti cəmi 11 gündə çökdü. Necə oldu? Rusiya, İran niyə dəstək vermədi? Hətta dəstək vermək belə istəmədilər. Görüntü belə oldu. Halbuki əməlli-başlı müqavimət göstərilsəydi, Bəşərin siyasi ömrünü bir az da uzada bilərdilər. Niyə istəmədilər? Əsədin ən müasir raket, artilleriya, aviasiya sistemləri niyə işləmədi? Müxalif ordularda belə sistemlər heç yoxdur... Dəqiq müqayisə edəndə Əsədin ordusu müxaliflər deyilən qüvvələrdən çox güclü idi. Ancaq çökdü, həm də sürətlə...
Çox şübhəlidir...
Belə görünür ki, yeni qüvvələr İranla münasibətləri qıracaq, İsraillə normal münasibətlər quracaq, Rusiya ilə pozuluşacaq, Türkiyə ilə yaxın münasibətlərdə olacaq. Bu nədir?
Suriya, Türkiyə, İsrail bir arada?...
Tahir TAĞIYEV