Paşinyan Putinin Yerevan sammitinə gəlişindən qorxdu - Onu ya həbs etməli, ya da Beynəlxalq Cinayət Məhkəməsinə özü cavab verməlidir...
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyanın Avrasiya İttifaqının sammitinin Sankt Peterburqda keçirilməsi barədə qərarına dair maraqlı paylaşım edib. A.Quliyev yazır: "2024- cü ilin ərzində Ermənistan Avrasiya İqtisadi İttifaqında sədrlik etsə də, bu ildə artıq 2- ci dəfə onun sammitinin Yerevanda keçirilməsini əngəlləyir. Hətta məlumatlara görə rəsmi Yerevan sabah- noyabrın 28- də Peterburqda Avrasiya İttifaqının sammitinin keçirilməsini rəsmən xahiş edib. Maraqlı deyil? Ermənistan bu ittifaqın ən çox fayda götürən tərəfi və sədri olmasına baxmayaraq Zirvənin Yerevanda keçirilməsini niyə istəmir?..
Məncə Paşinyan Rusiya prezidenti Putini sadəcə olaraq Yerevanda görmək istəmir. Rusiya liderinin Yerevanda nümayişkaranə peyda olması Paşinyanın hesablamalarına görə Moskvapərəst refanşçı qüvvələri həvəsləndirə bilər və bu da Paşinyanın hakimiyyəti üçün təhlükəli ola bilər.
Mətləb