Sumqayıtda 10 min manatlıq tütün məmulatını mənimsəyən şəxs tutuldu
Sumqayıtda bir nəfərin 10 min manatlıq tütün məmulatı mənimsənilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 16-da şəhər sakini olan bir nəfərin 10.000 manat dəyərində tütün məmulatını dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən 37 yaşlı Z.Əfəndiyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
ZÜMRÜD