"Seçkilər zamanı ölkəmizin informasiya mühitinə kənardan yönləndirilən təhdidlər artır" - MEDİA-nın İcraçı direktoru
Təcrübə göstərir ki, seçkilər zamanı ölkəmizin informasiya mühitinə kənardan yönləndirilən təhdidlər artır. Həmçinin informasiya manipulyasiyasının bütün formalarının sistemli şəkildə tətbiq edilməsi halları müşahidə olunur.
Medianın İnkişafı Agentliyi qərəzli və sistemli şəkildə ölkəmizə qarşı yönəlmiş feyk xəbərlərin vaxtında, operativ qaydada aşkarlanıb ifşa olunması üçün digər müvafiq dövlət qurumları ilə sistemli iş aparmaqdadır.
Bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media subyektlərinin nümayəndələri üçün keçirilən müşavirədə söyləyib.
İcraçı direktorunun sözlərinə görə, ictimai rəyi çaşdırmağa, Azərbaycan haqqında mənfi rəy yaratmağa yönəlmiş bu kimi hallara qarşı sayıqlığı daha da artırmaq lazımdır.
"Medianın İnkişafı Agentliyi seçki prosesini işıqlandıran media nümayəndələri ilə mütəmadi qarşılıqlı əlaqədədir və onların suallarını operativ qaydada cavablandırmaq üçün Mərkəzi Seçki Komissiyası ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməkdədir", - deyə Ə.İsmayılov əlavə edib.
ZÜMRÜD