"Media subyektlərinin peşəkarlıq funksiyasını uğurla yerinə yetirməsi üçün bütün lazımi şərait yaradılıb" - Əhməd İsmayılov
Ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan Milli Məclisə seçkilər medianın gündəmində də aparıcı mövzuya çevrilib. Ölkəmizin siyasi mühiti üçün xarakterik olan demokratik və şəffaf seçkilərin işıqlandırılması prosesində iştirak edən media subyektlərinin peşəkarlıq funksiyasını uğurla yerinə yetirməsi üçün bütün lazımi şərait yaradılıb.
Bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov avqustun 8-də media subyektlərinin nümayəndələri üçün keçirilən müşavirədə söyləyib.
Ə.İsmayılov bildirib ki, Azərbaycanın peşəkar jurnalistləri bir tərəfdən cəmiyyətin ictimai əhəmiyyətli informasiya ilə təmin edilməsində, digər tərəfdən ölkəmizin informasiya mühitinin çirkləndirilməsi cəhdlərinin qarşısının alınmasında, müxtəlif yönləndirici manipulyasiyaların vaxtında müəyyənləşdirilib təsir dairəsinin minimuma endirilməsində fəallıq göstərir.
ZÜMRÜD