Gəncədə piyadanı maşın vurub
Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib. Belə ki, hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.
Xəstəxanaya yerləşdirilən piyadanın vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Mətləb