Avstraliyalı milyarder 1 milyard dollara "Titanik 2" gəmisini yaradacaq
Avstraliyalı milyarder Klayv Palmer yenidən "Titanik 2" gəmisini yaratmaq fikrinə düşüb. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Laynerin yeni versiyasının 2027-ci ildə ilk səyahətinə çıxacağı gözlənilir.
Palmerin sözlərinə görə, onun layihəsi orijinaldan daha yaxşı olacaq. 56 min ton yerdəyişmə qabiliyyətinə malik doqquz göyərtəli gəminin dəyəri 1 milyard dollar qiymətləndirilir. Gəmi 2500-ə qədər sərnişin daşıya biləcək. Onun tikintisinə isə 2025-ci ilin qışında başlanacağı gözlənilir.
Mətləb