İtaliya millisinin üzvündən BƏD XƏBƏR: Avro-2024-ü buraxacaq
"Sassuolo" və İtaliya millisinin cinah oyunçusu Domeniko Berardi Axilles vətərini cırıb. İtaliya klubunun yaydığı rəsmi açıqlamada deyilir ki, o, əməliyyat olunacaq. Bu səbəbdən futbolçu 6 ay yaşıl meydanlardan kənarda qalacaq. Beləliklə, Berardi 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının oyunlarında iştirak edə bilməyəcək.
Berardi 2018-ci ildən İtaliya millisində çıxış edir. Milli komandanın tərkibində müdafiəçi 2020-ci il Avropa çempionatının qalibi olub.
Mətləb