Paşinyanın Ukrayna bəyanatına Peskov dərhal cavab verdi- həm də kəskin....
Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya əleyhinə ritorikaları o qədər artıb ki, həttda Rusiya rəsmiləri bunlara vaxt tapıb cavab verməkdə çətinlik çəkirlər. Xüsusuilə Ukrayna məsələsində rəsmi İrəvanın Rusiyanın mövqeyini “bombalayan” fikirləri Moskvada daha çox qıcıq yaradır. İnterfaks agentliyinin xəbərində deyilir ki, Kreml Ukrayna hadisələri ilə bağlı Rusiya və Ermənistanın mövqelərinin fərqli olduğunu təsdiqləyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, h əqiqətən də, Ukraynada baş verənlərə və Ukrayna ətrafındakı münaqişəyə dair diametral şəkildə əks baxışlarımız var. Bu, sirr deyil. Bu, məlum mövqedir".
Peskov vurğulayıb ki, “biz və onlar (Ermənistan ) bununla razı deyilik və israrla haqlı olduğumuzu izah etməyə davam edəcəyik”.
Mətləb Salahov