Medvedyev Almaniya kanslerinə -"bu alman həyasız yalan danışır"...
Almaniyanın kansleri Olof Şolts qazın qiymətinin qalxmasında Rusiyanı günahlandırıb ."Ruslar qaz kranını bağladı, biz Norveçdən qaz alışını artırdıq və sıxılmış qaz üçün yeni terminallar tikdik".
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini D.Medvedyev Şoltsa dərhal cavab verib. "Bu alman həyasızcasına yalan danışır. Almaniya özü qazdan imtina elədi. İndi çətinə düşüblər və öz xalqlarına da yalan danışırlar"...
Xatırladaq ki, 2022- ci ilin sentyabrında Rusiyanın "Şimal axını- 1" qaz xətti zədələndiyi üçün Avropaya qaz nəqli dayandı. Həmin anda "Şimal axını- 2" xəttinin isə istismara verilməsinə Qərb sanksiyalarına görə Almaniya razı olmadı.
İndi hər kəs təyin edə bilər ki, bu 2 dövlət adamının hansı düz, hansı əyri danışır.
Tahir Tağıyev