Ermənistan üçün "ən anlaşılmaz il"- Rusiya səfiri nəyə eyham vurdu..
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yeni il münasibətilə erməni cəmiyyətini təbrik edib.Təbrikdə Rusiya- Ermənistan münasibətlərinin inkişafı barədə xeyli çağırış edəndən sonra səfirin iki məqama münasibəti diqqətçəkici olub.
1.Səfir yeni dünya düzənində Rusiyasız Ermənistanın, Ermənistansız isə Rusiyanın möhkəm yer tuta bilməyəcəyini deyib.
2.Səfir 2023- cü ili Ermənistan üçün ən çətin, anlaşılmaz, mürəkkəb il adlandırıb , geniş detallara yer verməyib və sadəcə bunu xatırladıb ki, 100 mindən çox erməni Qarabağı- öz vətənini tərk etməyə məcbur olub. Səfirin bu il ərzində Ermənistanın Rusiyadan nümayişkaranə dönüşü və Qərbə saysız açıq jestlər etməsini xatırlamaması təəccüblüdür.
Nahid Salayev