Ukraynanın Krımda vurduğu Rusiya hərbi gəmisinin 33 dənizçisi itkin düşüb...
Ukrayna ordusunun Krım yarımadasının Feodosiya limanında “Novoçerkassk” desant gəmisini vurması nəticəsində ən azı 33 dənizçi itkin düşmüş hesab olunur. Bu barədə “Astra” “Telegram” kanalı mənbələrə istinadən xəbər yayıb.
Nəşrin məlumatına görə, hücum zamanı gəmidə 77 dənizçi olub. İtkin düşənlərdən əlavə 19 dənizçi də yaralanıb.
Krımın hazırkı rəhbəri Sergey Aksenov bundan əvvəl limana hücum nəticəsində bir nəfərin öldüyünü və dörd mülki vətəndaşın yaralandığını bildirmişdi.
Nəşr yazır ki, hücum yerində “Storm Shadow” raketinin fraqmentləri tapılıb.
Zərbə zamanı “Novoçerkassk” gəmisində dənizçilərin olması faktı daha əvvəl “Agentstvo” nəşri və “VÇK-OQPU” anonim “Telegram” kanalı tərəfindən də bildirilmişdi.
Xatırladaq ki, Ukrayna “Novoçerkassk” desant gəmisini dekabrın 26-na keçən gecə Feodosiya limanında vurub.
ZÜMRÜD