Türkiyə NATO-nun çox dəyərli üzvüdür - Mark Rutte fransız siyasətçini SUSDURDU
NATO-nun Baş katibi Mark Rutte Türkiyəni dəstəkləyən bəyanat yayıb. Niderlandlı Baş katib Avropa Parlamentində fransalı siyasətçi Cordan Bardellanın Türkiyəni hədəf alan sualını cavablandırarkən bildirib ki, Türkiyə NATO-nun çox dəyərli üzvüdür. “Türkiyə və Almaniya 2016-cı ildə Avropa Birliyi Şurasına sədrlik edən Niderland ilə birlikdə qaçqın böhranı ilə bağlı razılığa gəldilər. Bu, məni çox sevindirdi, çünki Almaniya, İsveç və Niderlanda gələn suriyalı qaçqınların sayını azaltmağı bacardıq.
Hər zaman Türkiyə NATO-nun dəyərli bir müttəfiqi olduğunu və öz rolunu oynadığını hiss etdirib. Eyni zamanda, Türkiyə öz maraqlarını da müdafiə edir, eynilə burada, Avropa Birliyində, NATO daxilində digərlərinin etdiyi kimi. Bu, təbii bir şeydir. Türkiyə Alyansın dəyərli bir üzvüdür”. - Rutte cavabında bildirib.
Xatırladaq ki, fransız deputat C.Bardella Türkiyəni miqrasiya böhranında aktiv rol oynamaqda və suriyalı qaçqınlardan istifadə etməkdə günahlandırıb.
Mətləb