"Ukraynada müharibə Putinlə razılaşma ilə bitməsə, sülh olmayacaq" - NATO baş katibi
NATO baş katibi Mark Rutte bildirib ki, Ukraynada müharibə Putinlə razılaşma ilə bitməsə, sülh davam edə bilməyəcək. Ruttenin sözlərinə görə, hamı müharibənin bitməsini istəyir.
“Biz hamımız bu müharibənin bitməsini istəyirik, hamımız davamlı olacaq sülh istəyirik. Müharibənin nə vaxt və necə bitəcəyini bilmirəm, amma bilirəm ki, əgər Putin Ukraynada istəyinə çatsa, sülh davam edə bilməyəcək, çünki o bununla dayanmayacaq. O keçmişdə müharibə başlayacağı ilə hədələyirdi və başladı da – 2008-ci ildə Gürcüstanda, 2014 və 2022-ci illərdə Ukraynada. Növbəti hədəf kim olacaq? Müharibə Putinlə razılaşma ilə bitməsə, sülh davam edə bilməyəcək”, – Rutte bildirib.
TAHİR