"Fransadakı bütün həbsxanalar artıq doludur!" - fransız nazirin çıxışı etirazları alovlandırdı
Fransanın ədliyyə naziri J. Darmanənin narkotiklərin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə planı çərçivəsində ölkə həbsxanalarındakı 100 ən iri narkotika alverçisinin yüksək təhlükəsizlikli həbsxanada təcrid edilməsi ilə bağlı təklifi ölkədə ciddi etirazlara səbəb olub. Bur sıra siyasətçilər və Fransa mediası naziri populist və qeyri-ciddi çıxış etməkdə günahlandırırlar. Həttda Ədliyyə İşçiləri Həmkarlar İttifaqının baş katibi Emmanuel Şambo ədliyyə nazirinin bu təklifinə dərhal reaksiya verib. O bildirib ki, Fransadakı bütün təcridxanalar və həbsxanalar artıq doludur. Təcridxanalarda ciddi nəzarətçi çatışmazlığına diqqət çəkən E. Şambo bu planın mövcud reallıqlarla ziddiyyət təşkil etdiyini qeyd edib. O, ədliyyə nazirinin bu təklifinə şübhə ilə yanaşaraq deyib: “Bir reallıq prinsipi mövcuddur”. Həbsxanaların və təcridxanaların tam dolu olduğunu vurğulayan Şambo, əlavə məkan yaratmaq üçün bəzi məhbusların buraxılmalı olacağını bildirib.
Mətləb Salahov