Ermənistanda daha bir İSTEFA - İstintaq Komitəsinin idarə rəisi istefa verib
Ermənistan İstintaq Komitəsinin işgəncələr və vəzifəli şəxslər tərəfindən zorakılıq tətbiq edilməklə səlahiyyətdən sui-istifadə ilə bağlı cinayətlərin araşdırılması üzrə idarəsinin rəisi Yura İvanyan istefa ərizəsi yazıb. Ermənistan mətbuatının yazdığına görə, Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan artıq müvafiq əmr imzalayaraq onun istefasını qəbul edib. Y.İvanyanın istefa verməsinin səbəbləri açıqlanmır.
Mətləb