Burkina-Faso prezidenti Makronu yıxıb sürüdü - bizim sayəmizdə bu günə qədər mövcud ola bilibsiz
Terrorla mübarizədə Parisin köməyinə münasibətdə afrikalıların nankorluq etdiklərini söyləyən Fransa prezidenti Emmanuel Makron onları təhqir edib. Bunu Burkina-Fasonun keçid dövrünün Prezidenti İbrahim Traore deyib.
Makron bundan əvvəl Sahil bölgəsində terrorla mübarizəyə görə Fransaya “təşəkkür etməyi unutmuş” Afrika ölkələrindən şikayət etmişdi. Traorenin fikrincə, bu cür sözlər bütün afrikalılar üçün təhqiramizdir.
Burkina-Faso lideri Makronun “nankorluq insanlar üçün yoluxucu olmayan xəstəlikdir” ifadəsinə də diqqət çəkib. O bildirib: “Bu adam Afrikanı və afrikalıları belə prizmadan görür. Biz onun nəzərində insan deyilik”.
Ölkə başçısı əlavə edib ki, məhz afrikalıların sayəsində Fransa bu günə qədər mövcud ola bilib.
Əvvəllər bildirilmişdi ki, Fransanın özündə də Makronun fəaliyyətinin bəyənilməsi reytinqi artıq altı ilin ən aşağı səviyyəsinə düşüb.
ZÜMRÜD