Ya sanksiyanı seç, ya da Rusiya qazını - Bolqarıstan dilemma qarşısında...
Bolqarıstan kritik iqtisadi seçim qarşısında qalıb. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, Rusiyadan qaz tranzitini ABŞ sanksiyaları altında ödəmə problemlərinə görə dayandıra bilər. “Qazprom” ABŞ sanksiyaları çərçivəsində ödənişləri necə həyata keçirəcəyinə qərar verməsə, Bolqarıstan Rusiya qazının Mərkəzi Avropa ölkələrinə tranzitini dayandıra bilər”, - məlumatda deyilir.
Bolqarıstanın energetika naziri Vladimir Malinovun sözlərinə görə, ölkə öz müqaviləsini ciddi şəkildə yerinə yetirəcək və xidmət haqqı ödənilmədiyi təqdirdə, təbii qazın tranzitinə icazə verməyəcək.
Mətləb Salahov