Bu ölkədə həbs dalğası böyüyür - Milli Polis Agentliyinin baş komissarı da həbs edildi
Koreya Respublikasının Polisi Milli Polis Agentliyinin baş komissarı Ço Çji Ho və paytaxt polisinin rəisi Kim Bon Siki həbs edib. Bu barədə “Yonhap” 3-4 dekabr hərbi vəziyyət hadisələrinin araşdırılması üçün yaradılmış xüsusi qrupa istinadən məlumat yayıb.
Həbs yerli vaxtla səhər tezdən ordersiz həyata keçirilib. Polis rəisləri konstitusiya quruluşunu devirmək məqsədilə qiyamda şübhəli bilinir. Hüquq-mühafizə orqanları hesab edir ki, Ço Cji Ho və Kim Bon Sik deputatların hərbi vəziyyətin ləğvi üçün səs verməsinə mane olmaq məqsədilə Milli Assambleyasını mühasirəyə almaq göstərişi veriblər. Konstitusiyaya əsasən, prezident hərbi vəziyyət elan etmək, parlament isə səs çoxluğu ilə onu ləğv etmək hüququna malikdir.
Baş komissar həmçinin polis əməkdaşlarını seçki komissiyasının binasına göndərməkdə şübhəli bilinir. Bundan əvvəl Ço Cji Ho və Kim Bon Sikə, eləcə də prezident Yun Sok Yola ölkədən çıxış qadağan edilib. Dövlət başçısı, keçmiş müdafiə naziri Kim Yon Hyon da qiyamda şübhəli bilinir.
Mətləb Salahov