"Ölüm düşərgələrindən" yayılan fotolardan sonra Putinin Əsədə sığınacaq verilməsi qərarına yenidən baxıla bilər?...
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində paylaşım edib. A.Quliyev yazır: "Rusiya prezidentinin sözçüsü Peskova sual verdilər: - Əsədin işgəncə mərkəzləri sayılan həbsxanalardan yayılan foto və videoların ardınca Kreml Əsədə sığınacaq verilməsi qərarına yenidən baxacaqmı?...
- Cavab :- Bu fotolarla Əsədə sığınacaq verilməsini müqayisə etmək olmaz.....Əsədə sığınacaq Vladimir Putinin qərarı ilə verib"....
Qan donduran bu fotoların üzə çıxmasından sonra Putinin Əsədə sığınacaq verməsi qərarına yenidən baxılmayacaqsa, onun güclü beynəlxalq təzyiq və ittihamlara məruz qalacağı şübhəsizdir.Başa düşmək olur ki, Putin rahat durumda deyil. Bir yandan " müttəfiqlik sədaqəti " deyilən öhdəliyin altındadır. Digər tərəfdən, Əsədin insanlıq əleyhinə və hərbi cinayətlərinə görə ağır beynəlxalq basqı altındadır. Doğrusu, Putinin bu vəziyyətdə nə qərar verəcəyini dəqiq proqnoz edə bilmirəm.
Peskovun "Əsədə sığınacaq cənab Putinin qərarı ilə verilib" sözlərini bir az fərqli vurğu altında ifadə etməsi də diqqətimi çəkir....
Hadisələrin bu yöndə davamını gözləyək...."
Mətləb