Əsəd Azərbaycana qarşı bacardığı hər şeyi etdi, etmədiyi tək bir düşmənçiliyi isə sadəcə bacarmadı...
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Suriyada baş verən son hadisələrlə bağlı maraqlı paylaşım edib. A.Quliyev yazır: "Bəşər Əsəd hakimiyyətdə olduğu illərdə Azərbaycana bacardığı bütün düşmənçilikləri etdi. Tək bir düşmənçiliyi edə bilmədi və buna sadəcə gücü çatmadı. Azərbaycana dost olmayan ölkələrlə- İran və Hindistanla qardaşlıq etdi, beynəlxalq təşkilatlarda Azərbaycanın Ermənistana qarşı təşəbbüs etdiyi sənədləri blokladı, Ermənistanla açıq - aşkar müttəfiqlik etdi, Azərbaycanın yaxın dostları və yərəfdaşı olan Türkiyə, Pakistan və İsraillə düşmənçilik apardı...
Tək bir düşmənçiliyi edə bilmədi. Mən əminəm ki, onun gücü çatsaydı və bacarsaydı Azərbaycana ən böyük son düşmənçilik jesti olan qondarma Dağlıq Qarabağın tanınmasına da gedəcəkdi.
Əsədi bu addımdan kim və nə çəkindirdi? Axı başqa separatçı rejimlər olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımışdı. Bəs bunu Qarabağa niyə aid edə bilmədi?. Təsadüf deyildi və burada Əsədin əl- qolunu bağlayan kəskin arqumentlər var idi.
1 .Türkiyədən qorxu.
2.Ermənistanın özü qondarma qurumu tanımamışdı ...
3 .Rusiyadan qondarma " DQR" - i tanımaq sifarişi almadı .
4.İsrailin Azərbaycanla isti münasibətləri...
Beləliklə, Əsəd Azərbaycana bacardığı bütün düşmənçilikləri etdi, tək bir düşmənçiliyi etməyi isə sadəcə bacarmadı...."
Mətləb