KÖHNƏ VERSİYA            

“Şirvan erməniləri?” - öz cəmiyyətlərinə təzə zəhər atırlar...

Image

Qasım Hacıyev: “QAİ-nin keçirdiyi beynəlxalq konfransdan ciddi əndişəyə düşüblər, çünki bilirlər ki, biz haqlıyıq” 

Cənubi Qafqazda sülhün və sabitliyin düşməni olan Ermənistan bütün gücü ilə çalışır ki, bölgədə dinclik, əminamanlıq olmasın. Regionda sülhün, əminamanlığın bərqərar olması üçün Azərbaycan dövləti bütün mövcud imkanlardan istifadə edir və Ermənistanı da yeni reallıqlarla barışmağa, ona uyğun addım atmağa çağırır. Amma Ermənistan öz ənənəsinə qətiyyən xəyanət etməyib ziyankar mövqeyini davam etdirir. 

Son dövrlər Qərbi azərbaycanlıların beynəlxalq təminat altında ləyaqətli şəkildə öz tarixi yurdlarına-indiki Ermənistan ərazisinə qayıtması məsələsi həm yerli, həm də beynəlxalq platformalarda müzakirə edilir və qeyd olunur ki, onların mal-mülkünə, özlərinə dəymiş maddi-mənəvi ziyana görə Ermənistan dövləti soydaşlarımıza həm kompensiya ödəməlidir, həm də onların geri qayıdışını təmin etməlidir.

Bu məsələ aktuallaşandan sonra Ermənistandakı bəzi qüvvələr meydana çıxıb uydurma “Şirvan, Girdiman və Naxçıvan” “təşkilatından danışırlar. 

Bilirik ki, hələ Vətən müharibəsi dövründə, eləcə də 23 saatlıq antiterror tədbirlərindən sonra Ermənistan tərəfi bu qondarma qurumu gündəmə gətirir, onun adından uydurma bəyanatlar yayır. İndi bu ziyanlı işə Ermənistan Milli Elmlər Akademiyası da qoşulub. Bu qurumda “Şirvan, Girdiman və Naxçıvan erməniləri: yerli əhalidən qaçqına qədər” mövzusunda konfrans keçirilib.

Deyiblər ki, forumun məqsədləri “Şirvan, Girdiman və Naxçıvan ermənilərinin problemlərini müzakirə etməkdir”. Guya vaxtilə ermənilərin “hüquqları pozulub”, bunlar da “tarixi ədaləti bərpa”sı ilə məşğul olurlar, ermənilərin “hüquqlarının müdafiə” edirlər. 

Bu dezinformasiya təbliğatında da “Geqard” elmi-analitik fondunun direktoru, tarixçi Robert Kazaryan xüsusi canfəşanlıq edir. O deyib ki, bu konfrans rəhbərlik etdiyi fond və “Şirvan, Girdiman və Naxçıvan Ümumerməni Birliyinin” təşkilatçılığı ilə keçirilir. “Qaçqınların hüquqlarını müdafiə” etmək istəyirlər. Guya ki, ermənilər Azərbaycan ərazisində “minillər boyu yaşayıblar” və sonradan “deportasiya” olunublar. O qədər qondarma, həqiqətə uyğun gəlməyən fikirlər bildiriblər ki, heç onları qeyd etməyi lazım bilmirik. Çünki ənənəvi erməni saxtakarlığı və uydurması bir kimsəyə gərək deyil. Özləri də düşünsələr görərlər ki, bu kimi əsassız iddialar onların özlərinin ziyanınadır. 

Bir məqama baxaq, guya 1918-1920-ci illərdə Şirvan, Girdiman və  Naxçıvan bölgələrində “yerli erməni” əhaliyə qarşı “kütləvi qırğınlar törədilib”. Guya bir çox ermənilər bu səbəbdən öz yaşayış yerlərini tərk edərək “qaçqın vəziyyətinə düşüblər”. Bunu R.Kazaryan iddia edib. Sonra da deyir ki, 1988-1990-cı illərdə Sovet Azərbaycanının hakimiyyət orqanları “ermənilərin qırğınını təşkil edib”, guya bu olay da Sumqayıt, Gəncə, Bakı və başqa şəhərlərdə baş verib. Qəribədir, Azərbaycanda heç vaxt ermənilərə qarşı belə bir hal baş vermədiyi halda, bunlar bu uydurma məlumatları necə “icad edib” dövriyyəyə buraxırlar? Öz etdiklərini bizim adımıza yazırlar. Halbuki, deyilən tarixlərdə indiki Ermənistan ərazisində və Azərbaycanın içində bu cür qanlı soyqırım cinayətlərini ermənilər azərbaycanlılara qarşı törədiblər. 1905-1906, 1918-1920, 1988-1990-cı illərdə Qərbi Azərbaycanın yerli əhalisinə qarşı erməni quldurları hər cür cinayətlər törədiblər, onları soyqırımlara, deportasiyalara məruz qoyublar, ev-eşiklərini, mal-mülklərini talayıblar, yandırıblar. Eləcə də analoji hadisəni ermənilər Bakıda, Qubada, Şamaxıda, Naxçıvanda  və başqa ərazilərimizdə həyata keçiriblər. Nə Bakıda, nə Sumqayıtda, nə Gəncədə, nə Qarabağda ermənilərə qarşı soyqırım törədilməyib. Azərbaycan ərazisindən onlar özləri köçüb gediblər. Bunu da ona görə ediblər ki, törətdikləri cinayətlərə görə cavab verməsinlər, silahlanıb yenidən üstümüzə gəlsinlər. O da məlumdur ki, ermənilər Azərbaycanda, Cənubi Qafqazda minillər boyu yaşamayıb, bura onların tarixi vətəni, torpağı deyil. Ermənilər Cənubi Qafqaza, Azərbaycan torpaqlarına XIX əsrdə köçürülüb. Onların bura köçürülməsində Çar Rusiyası və bəzi böyük dövlətlər əsas rol oynayıb. Şirvanda, Naxçıvanda, Qarabağda, Girdimanda tarixən erməni yaşamayıb. Bu reallıqdır. Ermənilərə qarşı bizim etnik təmizləmə, soyqırım və deportasiya aktları həyata keçirmədiyimiz də faktdır. Amma həmişə özünü yazıq, məzlum, əzilən, haqqı tapdanan xalq obrazında təqdim etməyə öyrəncəli olan ermənilər yenidən bu obrazda səhnədə görsənməyə çalışırlar.  

Sözügedən bədnam tədbirdə deyiblər ki, ermənilərin “beynəlxalq təminat altında” öz “ata-baba yurdlarına” qayıtması məsələsini həll etmək istəyirlər. Bu azmış kimi, iddia edirlər ki, ermənilərin və onların övladlarının “itirdikləri əmlaka görə” guya kompensasiya “almaq hüququ” var (?).

Təsəvvür edin ki, bunlar nələrin eşqinə düşüblər. Həm qayıtmaq istəyirlər, həm də kompensasiya tələb edirlər. Hansı haqla? Hansı əsasla? 

“Azərbaycana qarşı irəli sürdükləri iddiaların heç bir əsası yoxdur və bu, erməni yalanlarından başqa bir şey deyil”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması məsələsinin aktuallaşması, bu məsələnin BMT səviyyəsində səsləndirilməsi, habelə bu günlərdə aralarında parlament üzvləri, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti fəalları və elm xadimləri olmaqla 51 ölkədən 200-dən artıq iştirakçının qatıldığı və Qərbi Azərbaycan İcmasının (QAİ)  təşkilatçılığı ilə keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans Ermənistandakı bəzi qüvvələri yerindən oynadıb. “QAİ-nin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda səsləndirilən haqlı fikirlər, bəyanatda yer alan əsaslı tələblər Ermənistandakı bəzi qüvvələri ciddi narahat edib. Fikir verin, QAİ-nin keçirdiyi konfransının sonunda qəbul olunan bəyanatda əsas səsləndirilən tələblərdən biri belə idi: “Ermənistan hökumətini müsadirə edilmiş və ya zorla ələ keçirilmiş əmlakların geri qaytarılması, məcburi köçkünlük zamanı dəymiş itkilərə görə kompensasiya ödənilməsi və zərərlərin əhatəli şəkildə həll olunması. Onlar qeyd etdilər ki, kompensasiya köçkünlərin maddi və emosional itkilərini qarşılamaq üçün mühümdür, lakin kompensasiya ata-baba torpaqlarına qayıdış hüququnun əvəzi kimi və ya onu inkar etmək üçün istifadə edilə bilməz”.

Çox haqlı tələbdir və buna Ermənistan əməl etməlidir. QAİ-nin keçirdiyi beynəlxalq konfransdan ciddi əndişəyə düşüblər, çünki bilirlər ki, biz haqlıyıq. Bu səbəbdən də qondarma iddialarla belə bir tədbir keçiriblər və guya öz aləmlərində bizi “fakt qarşısında” qoymaq istəyirlər. Azərbaycana qarşı irəli sürdükləri iddiaların heç bir əsası yoxdur və bu, erməni yalanlarından başqa bir şey deyil.  

Ermənistan Milli Elmlər Akademiyası, Ermənistan Dövlət Universiteti, Ermənistan Yazıçılar İttifaqı həmişə qızışdırıcı mövqedən çıxış edib, gerçəkliyi bəyan etmək əvəzinə erməniləri fəlakətə sürükləyiblər. İndi də hansısa qondarma təşkilatlar yaradıb Azərbaycana qarşı əsassız iddialar irəli sürürlər. Min dəfələrlə demişik, yenə də deyirik ki, Azərbaycan ərazisində tarixən erməni yaşamayıb, onlar XIX əsrin əvvəllərində kütləvi şəkildə bizim torpaqlara köçürülüblər, burda öz ayaqlarına yer edən kimi də, bu cür separatçı, revanşist hərəkətlər ediblər. Heç zaman ermənilərə qarşı soyqırım, etnik təmizləmə baş verməyib, onlar bizim ərazilərdən könüllü şəkildə köçüb gediblər. Onlar bizə qarşı dəfələrlə soyqırımlar, deportasiyalar törədiblər. Gerçəklik budur. Sonradan gəlib məskunlaşdıqları ərazilər necə onların “tarixi torpağı” ola bilər? 

Qərbi azərbaycanlılar öz ata-baba yurdlarından zorakılıqla qovulublar, deportasiyaya məruz qalıblar. İndi Ermənistan dövləti onlara vurulan ziyanı ödəməlidir, onları geri qaytarmalıdır. Bu çox aydın və sadə məsələdir”.

Q.Hacıyevin sözlərinə görə, onların iddaları əsassızdır və “Şirvan, Girdiman və Naxçıvan”la bağlı yazdıqları da tamamilə saxtadır. Q.Hacıyev qeyd etdi ki, nə dövlət başçıları, nə siyasətçiləri, nə də hərbiçiləri Azərbaycana təsir göstərə bilir, bu da onları bu cür uydurmalara əl atmağa vadar edir. “Müharibədə uduzublar, siyasətdə, diplomatiyada da məğlub olublar. İndi də gərgin vəziyyətdədirlər. Suriyada baş verənlər də Ermənistana ciddi təsir göstərib və bilirlər ki, bu cür siysət yürütsələr gec-tez Ermənistanı da belə bir aqibət gözləyir. Ona görə də bilmirlər nə etsinlər, hansı cəfəngiyatla özlərini ovutsunlar? Onlar çalışırlar ki, bizə bir psixoloji, mənəvi təsir göstərsinlər. O da alınmır, alınmaz da.

Bu, mənəviyyatsızlıqdan, tarixi manipulyasiya etməkdən başqa bir şey deyil. Nə əllərində tarixi faktları var, nə sübutlara malikdirlər. 

Nə Naxçıvan, nə Girdiman, nə Şirvan, nə Qarabağda onların yeri var, nə də hazırda yerləşdikləri ərazi onlarındır, Ermənistan dövləti bizim torpaqlarda qurulub. Ona görə də, bunların bu hərəkətləri öz başlarını qatmağa, siyasi oyunbazlığa xidmət edir, dünya dövlətlərini, cəmiyyəti çaşdırmağa çalışırlar. Bunlar hamsı boş-boş şeylərdir. Nə qədər konfrans da keçirsələr heç nəyə nail ola bilməzlər. özlərini ifşa edirlər” - deyə Q.Hacıyev qeyd etdi.

İradə SARIYEVA 







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Dünyanın "strateji idarəedicisi" İlham Əliyevlə görüş istəyini reallaşdırdı...

Hərbi cinayətdə ittiham olunan ermənilərin ziyan vurduğu 531 min azərbaycanlı kimlərdir...

Abdolbari Gözəlin sərvəti kim(lər)ə qalacaq?...

SON XƏBƏRLƏR

23.01.2025 | 20:25
Qərbi azərbaycanlı şəhidlər Xocalı soyqırımından sonra cəbhəyə könüllü getdi - Hicran Zülfiyev...

23.01.2025 | 20:11
Baydenin Trampla Bakının arasına buraxdığı daha bir problem - USAİD...

23.01.2025 | 19:58
SOCAR-ın xarici aeroportda sərmayə qərarı nə qədər qazanclı olacaq...

23.01.2025 | 19:44
Misilsiz layihə - 3 ölkənin qaz və elektrik sistemləri birləşdirilir, Azərbaycan açar mövqedədir...

23.01.2025 | 19:30
Tramp Rusiyaya qarşı planlarının bəzi maddələrini açıqladı...

23.01.2025 | 19:17
Azərbaycanın "Yaşıl dəhliz" strategiyası işləməyə başladı...

23.01.2025 | 19:11
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə dəyişiklik edildi

23.01.2025 | 19:10
Prezident bəzi fərmanlarda dəyişiklik etdi

23.01.2025 | 19:07
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ƏDV-dən azad edildi

23.01.2025 | 19:05
Prezident Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddinin artırılması ilə bağlı sərəncam imzaladı

23.01.2025 | 18:55
Avropa Şurasında Azərbaycana qarşı növbəti düşmənçilik edildi...

23.01.2025 | 18:41
Azad rayonlarda enerji istehsalı regionların inkişafında mühüm mərhələdir...

23.01.2025 | 18:28
Kreml rəsmiləri Trampla görüş üçün əldən-ayaqdan gedir - Trampdan hələ uyğun cavab yoxdur...

23.01.2025 | 18:23
İrana casusluq edən gəmi kapitanının cəzası dəyişmədi - 16 il...

23.01.2025 | 18:14
Azərbaycanın xarici ticarətində narahatlıq yaradan göstərici - üç dəfə azalıb...

23.01.2025 | 17:58
Məhkəmə Köçəryanla Sarkisyanın Bakıya gətirilməsini tələb edə bilər...

23.01.2025 | 17:45
Britaniya Qroznıda vurulmuş təyyarəmizlə bağlı narahatdır... Niyə?

23.01.2025 | 17:32
Bakıda 5-ci sinif rus bölməsində qalmaqal...

23.01.2025 | 17:26
Azərbaycan-Gürcüstan əlaqələri qarşılıqlı hörmət və etimada əsaslanır

23.01.2025 | 17:20
Azərbaycan sahibkarları növbəti 1 il də rahat "nəfəs alacaqlar"...

23.01.2025 | 17:15
Narkotiklərin satışında ittiham edilən tiktokerə 5 il 1 ay iş verildi

23.01.2025 | 17:08
Trampdan daha bir radikal qərar - ABŞ qoşunları Avropadan çıxarılır...

23.01.2025 | 16:55
Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənlər yaxalandı

23.01.2025 | 16:43
Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınadı

23.01.2025 | 16:36
Ceyhun Bayramov Cahit Bağcını qəbul etdi

23.01.2025 | 16:26
Zelenski 2022-də İstanbul razılaşmalarının niyə pozulduğunu açıqladı - Ukraynada biri mənə Putindən ultimatum gətirdi…

23.01.2025 | 16:15
Qəhrəmanlıq zirvəsinə ucalanlar

23.01.2025 | 16:08
Trampdan Putinə təhdid kimi xəbərdarlıq - müharibəni dayandırın, yoxsa... mənim başqa yolum qalmayacaq

23.01.2025 | 15:58
MOK Makronun saxta medalları ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət etdi

23.01.2025 | 15:24
Polis Nəsimidə əməliyyat keçirdi, 16 kiloqram narkotik tutuldu

23.01.2025 | 15:16
Cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının sədri dəyişdirildi

23.01.2025 | 14:55
"Ukraynanın məğlub olması NATO-ya trilyonlarla dollara başa gələcək" - Baş katib

23.01.2025 | 14:30
Gəncədə 10-dan çox avtomobili soyan şəxslər yaxalandı...

23.01.2025 | 13:57
Suraxanıda mağazadan oğurluq edən şəxs saxlandı

23.01.2025 | 13:42
Paris prokurorluğu Fransa daxili işlər nazirini səriştəsizlikdə günahlandırdı...

23.01.2025 | 13:28
Tehrandakı səfirliyimizə hücumda şəhid olan Orxan Əsgərovun atası - "Biz o terrorçunun edamını istəyirik"

23.01.2025 | 13:14
Личный враг Путина на инаугурации Трампа. Почему? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.01.2025 | 13:06
Xaçmazda dələduzluq edənlər yaxalandı

23.01.2025 | 12:43
Prezident İlham Əliyev Ərdoğana zəng edib

23.01.2025 | 12:15
Bölgədə sülh və təhlükəsizlik Ermənistan üzərindən təhdid edilir

23.01.2025 | 12:05
Deputatlar Qarabağ yolçusudur - azad edilmiş ərazilərdə görülən işlərlə tanış olacaqlar

23.01.2025 | 12:00
Tovuzda ustanı elektrik cərəyanı vurub

23.01.2025 | 11:30
“Fənərbağça” “Lion”a, “Mançester Yunayted” “Reyncers”ə qarşı

23.01.2025 | 11:20
“Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təsis ediləcək

23.01.2025 | 11:18
Tanınmış jurnalist vəfat edib

23.01.2025 | 11:15
ABŞ-da ATIŞMA - 4 polis yaralanıb

23.01.2025 | 11:05
Miqrantlara bəd xəbər - Tramp deportasiya üçün bu Nazirliyə səlahiyyət verdi

23.01.2025 | 11:03
Ermənistan Trampa gərək olacaqmı? - CANLI

23.01.2025 | 11:00
İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb

23.01.2025 | 10:30
Naxçıvanda bu idarəyə yeni rəis təyin olunub

23.01.2025 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

23.01.2025 | 10:14
Bakıda "Tofaş" yolu keçən qadını vurub öldürdü

23.01.2025 | 10:05
"Qarabağ" bu gün Avroliqada növbəti oyununa çıxır

23.01.2025 | 10:00
Tramp durmaq bilmir - indi də "Husilər"i terror təşkilatı elan etdi

23.01.2025 | 09:25
Avropa ərzağı Bisfenol A maddəsində saxlamağı qadağan etdi - bilirsiz bu nədir?..

23.01.2025 | 09:20
Qəzzada dağıntılar altından daha 212 nəfərin cəsədi çıxarılıb

23.01.2025 | 09:10
Bir ildə 83 milyona yaxın tibbi xidmət göstərilib - TƏBİB

23.01.2025 | 09:05
Tramp öz şəxsi mühafizə rəhbərini Məxfi Xidmətə direktor təyin edib

23.01.2025 | 09:00
Tehranda Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb

23.01.2025 | 08:39
Həcc ziyarəti azərbaycanlılar üçün buna görə bahalaşır - QMİ-nin inhisarı...

22.01.2025 | 23:27
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İsveçrə səfərilə bağlı videoçarx paylaşılıb - VİDEO

22.01.2025 | 22:55
Azərbaycan Dünyanın Mənəviyyat Mərkəzidir - İlin 22-ci gününə sözardı

22.01.2025 | 21:27
Tramp İranla iş görən ölkələri hədələdi - İranla münasibətlərimiz necə olacaq...

22.01.2025 | 21:15
Məktəblərdə 5 gün dərs olmayacaq

22.01.2025 | 21:14
Suriya üsyançıları Putinlə Tartus sazişini ləğv etdilər...

22.01.2025 | 20:59
Tramp 1-ci dönəmdə Azərbaycanın enerji siyasətinə necə dəstək verib - yaxın tarixin gerçəyi...

22.01.2025 | 20:44
Tramp Azərbaycanla bağlı nə edəcək - "Yol xəritəsi" hazırdır...

22.01.2025 | 20:30
Bakıda məhkəməsi gedən ermənilərin "ev dustaqlığına" çıxmaq planlarının məqsədi...

22.01.2025 | 20:15
Dünyanın "strateji idarəedicisi" İlham Əliyevlə görüş istəyini reallaşdırdı...

22.01.2025 | 20:02
Hərbi cinayətdə ittiham olunan ermənilərin ziyan vurduğu 531 min azərbaycanlı kimlərdir...

22.01.2025 | 19:53
Əli Əsədov fəaliyyət müddəti başa çatan Cahit Bağçını qəbul etdi

22.01.2025 | 19:45
Tramp Makronun axırına çıxacaq - Avropa liderləri qorxuya düşüb...

22.01.2025 | 19:32
Naxçıvanda 640 baş donuz yoxa çıxıb...

22.01.2025 | 19:18
Tramp ABŞ-Ermənistan strateji sazişini ləğv edə bilər...

22.01.2025 | 19:05
Bakıda xəstənin ölümünə görə plastik cərrah həbs edildi…

22.01.2025 | 18:53
Prezident İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşdü

22.01.2025 | 18:48
"RUSİYANI DAĞITMA!" - Trampın Putinə mesajı...

22.01.2025 | 18:33
Abdolbari Gözəlin sərvəti kim(lər)ə qalacaq?...

22.01.2025 | 18:19
Lavrovun Mirzoyanla görüşü çox gərgin keçdi - Rusiya ya ikibaşlı oynayır, ya da qorxur...

22.01.2025 | 18:05
Reyunyonda fransız vəhşiliyi - qadınlar mal dərmanları ilə abort olunub...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031