Müxaliflər İranın Dəməşqdəki səfirliyini də ələ keçirdi... - VİDEO
Suriyanın paytaxtı Dəməşqi ələ keçirən silahlı qruplar İranın Dəməşqdəki səfirliyinə basqın ediblər. Son məlumatlara görə, səfirlik binası müxaliflər tərəfindən boşaldılır.
İran mediası Suriya müxalifətinin Tehranın müttəfiqi Bəşər Əsəd hökumətinin süqut etdiyini bəyan etməsindən sonra İranın Dəməşqdəki səfirliyinin əməkdaşlarının hücuma məruz qalmadan səfirlik binasını tərk etdiyini bildirib.
“Tehran Tayms” qəzeti Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqaiyə istinadən Dəməşqdəki səfirlikdəki iranlı diplomatların hücumdan əvvəl binanı boşaltdığı və səfirlik işçilərinin təhlükəsiz yerdə olduğunu bildirib.
TAHİR