Əsəd çökdü, Tramp Putinə səsləndi - hərəkət etmək vaxtıdır, dünya gözləyir...
Suriyadakı hadisələrə münasibət bildirən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiyanın artıq onu qorumaqda maraqlı olmadığını iddia dib.
"Əsəd getdi. O, ölkəsindən qaçdı. Vladimir Putinin liderliyindəki Rusiya artıq onu qorumaqda maraqlı deyil. Onsuz da Rusiyanın orada olması üçün heç bir səbəb yox idi.
Onlar heç vaxt başlamaması gərəkən və əbədi davam edə biləcək bir müharibədə 600.000-ə yaxın rus əsgərinin yaralandığı və ya öldürüldüyü Ukraynaya görə Suriyaya maraqlarını itirdilər.
Hazırda Rusiya və İran zəifləyib; bir pisləşən iqtisadiyyata və Ukraynaya görə, digəri İsrailə və onun müharibədəki uğurlarına görə. Eynilə, Zelenski və Ukrayna da sövdələşmək və bu savaşı dayandırmaq istəyirlər. Onlar mənasızcasına 400.000 əsgər və daha çox mülki vətəndaşı itirdilər.
Dərhal atəşkəs əldə olunmalı və danışıqlara başlanmalıdır. Həddindən artıq çox həyat lüzumsuz yerə yox edilir, çoxlu ailə məhv edilir və bu belə davam edərsə, daha böyük və daha pis bir şeyə çevrilə bilər. Mən Vladimiri yaxşı tanıyıram. İndi hərəkət etmək vaxtıdır. Çin kömək edə bilər. Dünya gözləyir!”-Tramp bildirib.
TAHİR