Putin Ukraynada “Oreşnik” raketlərinin yeni hədəfini açıqladı - Kiyevdəki qərargahlar vurula bilər...
Rusiya prezidenti Vladimir Putin ölkəsinin Ukraynanın hərəkətlərinə cavab olaraq “Oreşnik” silah sisteminin döyüş meydanında sınaqlarını davam etdirəcəyini açıqlayıb.
Putin, Kiyevin Moskva və Sankt-Peterburqdakı hədəflərə dəfələrlə hücum etməyə cəhd etdiyini və buna cavab olaraq Baş Qərargah və Müdafiə Nazirliyinin Ukrayna ərazisində "Oreşnik"lə vurulacaq hədəfləri müəyyənləşdirdiyini bildirib. Putin deyib ki, Kiyevdəki “qərar qəbuletmə mərkəzləri” də vurula bilər.
“Oreşnik” sisteminin hətta çox dərin və yüksək mühafizə olunan hədəfləri də məhv etdiyini deyən Rusiya prezidenti raket haqqında bunları deyib: "İcazə verin, sizə "Oreşnik"in necə işlədiyini xatırlatdım: Onlarla döyüş başlığı, idarə olunan döyüş başlıqları ilə 10 Mach sürətlə hədəfə hücum edir. Bu, saniyədə 3 km deməkdir. Yanılmıramsa, dağıdıcı elementlərin temperaturu 4 min °C-ə çatır, Günəşin səthindəki temperatur 5 500 - 6 min dərəcədir.
Beləliklə, partlayışın episentrindəki hər şey fraksiyalara, hissəciklərə bölünür və sözün əsl mənasında toza çevrilir”.
Rusiya prezidenti qeyd edib ki, “Oreşnik”dən kütləvi şəkildə istifadə olunarsa, zərbənin gücü nüvə silahının gücü ilə müqayisə oluna bilər. O əlavə edib ki, Rusiya Federasiyası artıq “Oreşnik”in kütləvi istehsalına başlayıb. O, Qeyd edib ki, Rusiyanın “Oreşnik”ə bənzər daha bir neçə istifadəyə hazır sistemləri var.
Putinin sözlərinə görə, Rusiya Federasiyası bütün NATO ölkələrinin birgə istehsalından 10 dəfə çox raket istehsal edir və hasilatı dörddəbir artıracaq. Rusiya Federasiyasının rəhbəri söz verib ki, onun ölkəsində başqa yeni raket sistemləri də peyda ola bilər.
TAHİR