KÖHNƏ VERSİYA            

ABŞ seçkilərində “xristian həmrəyliyi” faktoru önə çıxarılır - dünya üçün təhlükəli təzahür...

Image

Məhərrəm Zülfüqarlı: “Tramp da yaxşı bilir ki, Azərbaycanda heç zaman xristianlar təqib olunmayıb, bu erməni uydurmasıdır, amma o, bu saxta məsələdən seçkiqabağı kampansiyasında səs qazanmaq üçün istifadə edir” 

Son dövrlər bəzi xristian dövlətlər “xristian həmrəyliyini” həddindən artıq çox gündəmə gətirirlər, bununla bəşəriyyət üçün təhlükələr yaratmağa çalışırlar. Ümumiyyətlə isə, bu amildən daha çox prezidentliyə namizədlər istifadə edir. 

Götürək elə ABŞ-ın keçmiş prezidenti və hazırda prezidentliyə namizəd olan Donald Trampı. Tramp da əvvəlki seçki kampansiyasından fərqli olaraq, budəfəki seçki kampaniyasında “xristian həmrəyliyi” məsələsini əlində bayraq edib. Bu azmış kimi, Qarabağın adını da təhrif edib. 

ABŞ-də prezidentliyə namizəd Donald Tramp öz sosial şəbəkə hesabında yazdığı postda Qarabağı “Artsax” kimi təqdim  edib: “Kamala Harris 120 min erməni xristianın dəhşətli təqiblərə məruz qaldığı və "Artsax"dan zorla köçürüldüyü zaman heç bir şey etmədi. Kamala Harris ABŞ-nin prezidenti olarsa, dünyadakı xristianlar təhlükədə olacaqlar. Mən prezident olsam, təqib olunan xristianları müdafiə edəcəyəm, zorakılığı və etnik təmizləməni dayandıracağam. Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyəm”.

Bunu Tramp yazıb və deyir ki, o prezident seçilməsə xristian dünyası “təhlükədə” olacaq. 

“Əlbəttə, bu kimi təhlükəli məsələdən bu şəkildə istifadə etmək ziyanlıdır”

Məsələyə şərh verən siyasi icmalçı, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, indiki dövrdə dünyanın əsas diqqəti Gürcüstan və Amerikada keçiriləcək seçkilərdədir. Bizi Gürcüstan daha çox maraqlandırır, çünki qonşu ölkədir. Amerika isə dünya güclərindən biridir, bu baxımdan bizim diqqətimizi cəlb edir. Amma hər iki seçkidə Rusiya-Amerika amili önə çıxır. Ona görə də, Amerikada keçiriləcək seçilərdə kimin qalib gəlməsi məsələsi müzakirə oluna bilər. Ancaq bir şeyi yadda saxlamaq lazımdır ki, demokratik ölkələrdə prezidentin, yaxud parlamentin seçdiyi baş nazirin sözü əsas olur. Prezidentli respublikadırsa prezidentin səlahiyyətləri çox olur, parlamentli respublikadırsa paralamentin seçdiyi baş nazirin üstünlüyü çoxdur.  Yəni bu, avtoritar rejimlərdən fərqlidir. Məsələn, biz Rusiya ilə ABŞ-ı müqayisə etsək, Amerika prezidentinin səlahiyyətində ancaq xarici siyasətdir və o daxili işə qarışmır, o halda qarışır ki, konstitutsiya pozulur və o da konstitutsiyanı bərpa etmək üçün addım atır, sonra isə çəkilir. ABŞ-ın güclü olmasının əsas səbəbi odur ki, ölkəni kiçik qəsəbədən tutmuş böyük ştatlara qədər seçkili qurumlar, bizim anlamda da desək, yerli özünüidarə qurumu olan bələdiyyələr idarə edir. Prezidentin bura qarışacağı yoxdur. Bu mənada Amerika Rusiyadan fərqlənir və inkişaf edən demokratik ölkədir. Rusiya ilə müqayisə etsək, Rusiya prezidenti, yadınızdadırsa, Ukrayna ilə müharibəyə başlamazdan əvvəl ətrafını televizora çıxardı və gözü ilə, qaşı ilə işarə göstərib məcbur etdi ki, müharibəni müdafiə etsinlər. Bir nəfər onun əleyhinə çıxmadı. Amma Amerikada bu ola bilməz. Orda prezident seçkilərində iki partiya - Demokratlar və Respublikaçılar iştirak edir, amma yerli idarəetmə orqanlarına seçkilərdə müxalifət partiyaları da iştirak edir. Ola bilsin, prezident Respublikaçı olsun, amma Konqresin, Senatın üzvlərinin əksəriyyəti Demokratlardan ibarət ola bilər. Yəni bu da perzidentin təkhakimiyyətliliyinə imkan vermir. Onun siyasətini tənqid edənlər, ona tənqidi yanaşan partiyalar, mətbuat və sair var. Ona görə də, prezident istədiyini edə bilməz”. 

Trampın fikirlərinə gəlincə, M.Zülfüqarlı bildirdi ki, 

“xristian həmrəyliyi” və saxta “120 min erməni” amilindən Tramp seçki kampaniyasında uğur qazanmaq üçün istifadə edir. M.Zülfüqarlının fikrincə, ABŞ prezidentliyinə namizəd D.Trampın əsas məqsədi seçiciləri ələ almaq, seçkilərdə qalib gəlməkdir. “Tramp seçiciləri ələ almaq, onların səslərini qazanmaq üçün çox sözlər deyə, çox vədlər verə bilər, amma seçiləndən sonra onun üçün ABŞ-ın dövlət maraqları önə keçir. ABŞ Konqresi də, Senatı da, prezident də Amerikanın dövlət maraqlarından çıxış edir. İndiki dövrdə Azərbaycana münasibətdə Amerikanın mövqeyi məlumdur. Azərbaycan Rusiya ilə yaxındır, Ermənistan isə Qərbə yaxınlaşır, Paşinyan hökuməti Qərb səmtə üz tutur. Onların məqsədi odur ki, uzun illər Rusiyanın forpostu olan Ermənistanı Rusiyadan tamamilə qoparsınlar. Çünki Rusiyanın Ermənistanda hərbi bazaları var, Cənubi Qafqazda maraqları genişdir. Bu saat Gürcüstandakı seçkilərlə bağlı mübarizə gedir, Gürcüstanı yenidən tam öz əlinə keçirmək istəyir”. 

M.Zülüfqarlı bildirdi ki, Azərbaycanın isə indiki dövrdə Rusiya ilə əməkdaşlığı, ikitərəfli müttəfiqlik müqaviləsi bağlaması, əlbəttə, Qərbin ölkəmizə olan münasibətini dəyişir. “Amma bu o demək deyil ki, bu elə bu cür də olacaq. Sabah vəziyyət dəyişsin, Rusiya-Ukrayna müharibəsi başa çatsın, Rusiya get-gedə zəifləyib imperiya parçalananda, şübhəsiz, Azərbaycan Qərbə daha çox lazımdır, nəinki kasıb, kiçik Ermənistan. Çünki Azərbaycanla Qərbin əlaqələri daha genişdir və Azərbaycanı müdafiə edən Qərb ölkələrindən biri İngiltərədir. Ona görə ki,  BP şirkəti Azərbaycanda neft yataqlarının istismarında uzun müddətdir ki, aparıcı rol oynayır. 

Bu baxımdan, biz narahat olmamalıyıq ki, Tramp prezident seçkiləri kampaniyasında “xristianlıq həmrəyliyindən” çıxış edib, erməniləri hansısa formada müdafiə edib. Bunlar hamısı seçiciləri ələ almaq üçündür. İnanıram ki, Amerikada kimin qələbə çalmasından asılı olmayaraq, Cənubi Qafqazda Rusiyanın mövqeyi zəiflədikcə Amerikanın hər üç respublikaya siyasəti eyni olacaq. Çalışacaq ki, burda Rusiyanın daha çox mövqeyi itirilsin”. 

M.Zülfüqarlının sözlərinə görə, əslində xristian amilindən istifadə etmək eyni zamanda təhlükəli tendensiyadır. ABŞ-da prezidentliyə namizədlər də yaxşı bilir ki, “Artsax” deyilən bir qurum yoxdur, ora Azərbaycan torpağı Qarabağdır və 120 min erməni “qaçqını” söhbəti də yalandır. “Tramp da yaxşı bilir ki, Azərbaycanda heç zaman xristianlar təqib olunmayıb, bu erməni uydurmasıdır, amma o, bu saxta məsələdən seçkiqabağı kampansiyasında səs qazanmaq üçün istifadə edir. Əlbəttə, bu kimi təhlükəli məsələdən bu şəkildə istifadə etmək ziyanlıdır. Bu bütün bəşəriyyət üçün təhlükə yarada biləcək haldır. Amma hesab edirəm ki, Tramp bu fikirləri işlətsə də, prezident seçilsə bu “vədini” icra etməyəcək”.

M.Zülfüqarlı onu da qeyd etdi ki, ABŞ-da prezidentliyiə namizədlər həmişə erməni faktorundan istifadə edir, bu da ABŞ-dakı ermənilərin səsini qazanmağa xidmət edən bir siyasətdir. 

İradə SARIYEVA







VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Paşinyan Naxçıvana yeni marşrut təklif etdi - Kazanda sülh pozuculuğunun başqa detalları da üzə çıxdı...

Neft ölkələrinə “yararsız ev sahibi” damğası vuranlara qarşı əla arqument - 28 ölkə...

“Turanın səsi” müsabiqəsini erməni müğənni qazandı - inanılmaz...

SON XƏBƏRLƏR

25.10.2024 | 19:45
"Real hadisələrin diametral olaraq əks təfsirdə təqdim olunması erməni propagandasının dəst-xəttidir"

25.10.2024 | 19:37
"ABŞ-ın daxili işlərə müdaxilə vasitəsi kimi insan haqları məsələlərini istifadə etmək hüququ yoxdur"

25.10.2024 | 19:34
Paşinyan Naxçıvana yeni marşrut təklif etdi - Kazanda sülh pozuculuğunun başqa detalları da üzə çıxdı...

25.10.2024 | 19:00
Baydenin Bakı və İrəvana məktubunda "bu məqam" hələ sirr olaraq qalır...

25.10.2024 | 18:47
BRİCS-in hərbi bloka çevrilmək və ədalətli dünya düzəni qurmaq imkanları...

25.10.2024 | 18:34
Avropanın komissarı özlərindəki “tiri görmədi”, Azərbaycanda “tük axtardı”...

25.10.2024 | 18:20
Azərbaycanın logistik layihələri Putinin xüsusi marağını çəkdi...

25.10.2024 | 18:07
Apteklər antibiotikləri reseptsiz qaydada satmaqda davam edirlər...

25.10.2024 | 17:55
Vətən müharibəsi gənclərin inkişafı üçün saysız “simvollar tarixidir”...

25.10.2024 | 17:42
ABŞ seçkilərində “xristian həmrəyliyi” faktoru önə çıxarılır - dünya üçün təhlükəli təzahür...

25.10.2024 | 17:35
Azərbaycan BRICS ölkələri üçün xüsusi əhəmiyyət kəsb edir - Əhliman ƏMİRASLANOV yazır

25.10.2024 | 17:30
4 il əvvəl Qubadlının 1 günü belə keçmişdi...

25.10.2024 | 17:24
Gürcü spiker xəbərdarlıq etdi - 2020-ci il ssenarisinin təkrarı hazırlanır, seçkilərindən sonra...

25.10.2024 | 17:18
Misli.az-da 20X-də 50 qəpiklə 50 min manat uduldu

25.10.2024 | 17:14
Səfir Peter Mixalko XİN-ə çağırıldı - Azərbaycan Avropa İttifaqına nota verdi...

25.10.2024 | 17:00
Şimali Koreyanın Rusiyaya göndərdiyi 12 min əsgər Kurska yeridildi - Ukrayna kəşfiyyatı açıqladı, ABŞ da hərəkətə keçdi...

25.10.2024 | 16:47
Sabunçuda qaçırdıqları "06” ilə oğurluqlara gedən iki qardaş həbs edildi - VİDEO

25.10.2024 | 16:36
"Biznes nümayəndələrinin iqtisadi islahatlar barədə məlumatlandırılmasında jurnalistlərin mühüm rolu var" - Əhməd İsmayılov

25.10.2024 | 16:21
Fransanın Kaledoniyada elektoratı süni şəkildə artırıb öz xeyrinə istifadə etmək cəhdi iflasa uğradı

25.10.2024 | 16:20
“Qubadlı şəhərinin azad edilməsi ilə Vətən müharibəsində böyük strateji üstünlük təmin edildi” - Vüqar Rəhimzadə

25.10.2024 | 16:12
Prezident İlham Əliyev Belarusla imzalanmış iki protokolu təsdiqlədi

25.10.2024 | 16:10
Prezident Pakistanla imzalanmış bir sıra sazişləri təsdiqlədi

25.10.2024 | 16:05
AYİB-nin təsis edilməsi ilə bağlı sazişdə dəyişikliklər təsdiqləndi

25.10.2024 | 16:02
Prezident Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin yeni tərkibini təsdiqlədi

25.10.2024 | 15:24
Sabiq məmurların ƏMLAK DAVASI...

25.10.2024 | 15:15
BTQ Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulmasına dair hesabat hazırlayıb

25.10.2024 | 15:08
Bakıda şirkət rəhbəri həbs edildi - yarım milyonluq fırıldaq...

25.10.2024 | 14:52
Bakıda doqquz yeni COP29 informasiya mərkəzi fəaliyyətə başlayacaq

25.10.2024 | 14:35
Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

25.10.2024 | 14:30
Ermənistan prezidenti sərhəd delimitasiyası komissiyalarının reqlamentini təsdiqlədi

25.10.2024 | 14:28
İşlədiyi sexdən 6 min manatlıq boya oğurlayan şəxs yaxalandı

25.10.2024 | 14:12
Prezident Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyaların fəaliyyəti haqqında əsasnaməni təsdiqlədi

25.10.2024 | 13:57
Türkiyədə terrorçularla əlaqədə şübhəli bilinən 176 nəfər saxlandı

25.10.2024 | 13:43
Qaxda dələduzluq edən şəxs saxlandı

25.10.2024 | 13:30
BMT-nin İnsan Hüquqları Komitəsinin sədr müavini Fransanın hesabatını darmadağın etdi...

25.10.2024 | 13:03
Пашинян упёрся рогами, никаких сдвигов - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

25.10.2024 | 12:45
Babək rayonunun bu qəsəbə və kəndlərində kanalizasiya sistemlərinin tikintisinə başlanılır

25.10.2024 | 12:30
İçərişəhərə nəqliyyat vasitələrinin girişi məhdudlaşdırılır...

25.10.2024 | 11:43
Avropa deputatlarının Azərbaycana basqısı həddin aşdı - CANLI

25.10.2024 | 11:30
İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib

25.10.2024 | 11:20
"Qızıl güllə"nin aktrisası 48 yaşında vəfat etdi

25.10.2024 | 11:10
İsrail Livanı bombalayıb - bir jurnalist ölüb, yaralananlar var

25.10.2024 | 11:05
Məşhur basketbolçunu və oğlunu məhkəməyə verdilər - yol qəzasına görə

25.10.2024 | 11:00
"Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsi tarixi saxtakarlıqlarla doludur"

25.10.2024 | 10:49
Türkiyədə qırmızı bülletenlə axtarılan PKK üzvü Mardində öldürüldü -SON DƏQİQƏ

25.10.2024 | 10:30
Tovuzda bədbəxt hadisə - 2 qardaş dəm qazından boğularaq ölüb

25.10.2024 | 10:16
3 PKK-çı Türkiyə Ordusuna təslim oldu

25.10.2024 | 10:08
Hərbi helikopterlərimiz şərti hava kəşfiyyatı aparıblar - Müdafiə Nazirliyindən AÇIQLAMA

25.10.2024 | 10:05
"Fənərbaxça" "Mançester Yunayted"lə bacarmadı, "Beşiktaş" səfərdə qələbə qazandı

25.10.2024 | 10:00
Prezident İlham Əliyev Qubadlının işğaldan azad olunması ilə bağlı paylaşım edib

25.10.2024 | 09:26
Ziyanlı palma yağlarının Azərbaycana idxalı günbəgün artırılır - 54 faizə çatdı…

25.10.2024 | 09:20
"Avropa Parlamentinin qəbul etdiyi sənəd gülüncdür" - İcma bəyanat yaydı

25.10.2024 | 09:06
Göygöldə ölümlə nəticələnən yol qəzası olub

25.10.2024 | 09:00
Daşkənddə keçirilən mədəniyyət forumunda Azərbaycan yazıçısı da iştirak edib

25.10.2024 | 08:40
"Melissa Group" Alatava sakinlərinə xəbər vermədən evlərini sökür...

25.10.2024 | 00:10
Qubadlının işğaldan azad olunmasından 4 il ötür

24.10.2024 | 23:10
Hər gün 47 uşaq yoxa çıxır - hamısı da qaçqın müsəlman uşaqlarıdır...

24.10.2024 | 21:18
Azərbaycan BRICS platformasında ədalətli dünya nizamının prinsiplərini görür...

24.10.2024 | 21:03
Simonyan 44 günlük müharibəni və Antiterroru legitim saydı...

24.10.2024 | 20:48
Neft ölkələrinə “yararsız ev sahibi” damğası vuranlara qarşı əla arqument - 28 ölkə...

24.10.2024 | 20:35
Mirzoyan Türkiyə ilə sərhəd məsələsində böyük irəliləyişlər gözləyir - qəribədir...

24.10.2024 | 20:21
“Füzulidən qayıdan kimi Bakıda kütləvi həbslərə başladı” - 1937-ci ildə nə baş verdi...

24.10.2024 | 20:08
Ermənistan Azərbaycanın şərtlərini bir-bir qəbul edə-edə gəlir - xəritə, ikitərəfli danışıq...

24.10.2024 | 19:54
Rüşvət al, adam oğurla, milyonlar yığ, axırda da pensiyadan narazı qal - Mövlam Şıxəliyev kimi...

24.10.2024 | 19:41
Mirzoyan Azərbaycanla danışıq platforması kimi “3+3”-dən rəsmi imtina etdi...

24.10.2024 | 19:27
İvanişvili Qərbin gözləntilərini alt-üst edən gedişlər edir...

24.10.2024 | 19:14
Azərbaycana BRİCS-dən daha çox sərmayə imkanı açılır...

24.10.2024 | 18:59
COP29 azərbaycançılıq ideyasının mühüm nümayiş arenasına çevriləcək...

24.10.2024 | 18:46
“Turanın səsi” müsabiqəsini erməni müğənni qazandı - inanılmaz...

24.10.2024 | 18:32
Azərbaycanın dənizlə daşımaları 8 faiz azalıb - Orta Dəhliz inkişaf edirsə bu necə olur?

24.10.2024 | 18:26
Yunus Oğuz Aktotı Raimkulova ilə görüşüb

24.10.2024 | 18:24
“Azərbaycan çoxtərəfli diplomatiya ilə qlobal dialoqa töhfə verir” - Vüqar Rəhimzadə

24.10.2024 | 18:19
"Dönər"lə bağlı ayrıca qanun norması hazırlanır...

24.10.2024 | 18:07
Kommunikasiyalar Rusiyasız açıla bilməz - Moskvadan İrəvana və Bakıya növbəti mesaj...

24.10.2024 | 18:04
Fahrettin Altun: Ölkəmizə qarşı terror təhlükəsi sona çatana qədər həm sərhədlərimiz daxilində, həm də xaricində mübarizəmiz fasiləsiz davam edəcək

24.10.2024 | 17:55
Dövlət Baxçalıdan Öcalanı parlamentə gətirmək təklifi - ardınca terror aktı...

24.10.2024 | 17:50
Milli Məclis Avroparlamentin qərəzli qətnaməsini tutarlı arqumentlərlə alt-üst etdi

24.10.2024 | 17:42
Ermənistan sərhədlərlə bağlı 70-ci il SSRİ xəritələrindən imtina edir...

24.10.2024 | 17:30
İxracla məşğul olan daha bir cinayətkar qrup ifşa edildi - 578 milyon manat ölkəyə qaytarılmayıb

24.10.2024 | 17:30
Azərbaycan və Ermənistan XİN rəhbərlərinə sülh sazişi ilə bağlı təlimat verildi...

XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031