Məşhur basketbolçunu və oğlunu məhkəməyə verdilər - yol qəzasına görə
ABŞ-nin "Los-Anceles Leykers" klubunun məşhur basketbolçusu Lebron Ceymsi və oğlu Bronni Ceymsi avtomobil qəzasına görə məhkəməyə veriblər. "TMZ Sports"un məlumatına görə, hadisə 2022-ci ilin noyabrında Kaliforniyanın Littl-Rok şəhərində baş verib.
Qadınların sözlərinə görə, Lebron və oğlunun içərisində olduğu avtomobil onların idarə etdiyi nəqliyyat vasitəsinə çırpılıb. İttihamçılar yol-nəqliyyat hadisəsi nəticəsində aldıqları xəsarətlərin əlavə müalicə tələb etdiyini bildiriblər. Həmçinin idarə etdikləri avtomobilin ciddi zədələndiyini və bunun nəticəsində dəyərinin düşdüyünü söyləyiblər. Zərərçəkənlər dəymiş ziyanın ödənilməsini tələb ediblər.
Mətləb