Prezident Pakistanla imzalanmış bir sıra sazişləri təsdiqlədi
Prezident İlham Əliyev Pakistanla imzalanmış bir sıra sənədləri təsdiq edib.
Müvafiq sənədlərlə 2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi” və “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” təsdiq edilib.