KÖHNƏ VERSİYA            

Azərbaycanın logistik layihələri Putinin xüsusi marağını çəkdi...

Image

Abutalıb Səmədov: “Bu bir tərəfdən Azərbaycanın logistik imkanlarını bütün dünyaya xatırladır, digər tərəfdən Ermənistanı, onun Baş nazirini verdiyi sözü unutmamağa çağırır”

“Azərbaycanın tranzit dəhlizlər baxımından əhəmiyyəti çox böyükdür”. Bunu Rusiya Prezidenti Vladimir Putin XVI BRICS Sammitinin “Outreach” / “BRİCS+” formatının ilk plenar iclasında bildirib.

Putin deyib ki, Azərbaycan və Rusiya arasında artan ticarət dövriyyəsi də xüsusi əhəmiyyət daşıyır.

Putin Kazanda Azərbaycandan bu barədə danışdı və dedi ki, Azərbaycan logistika dəhlizlərinin inkişafına böyük töhfə verir.

Bu daha açıq mənada nə deməkdir?

“Azərbaycanın logistik imkanlarını təkcə…”

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “BRİCS”in Kazanda keçirilən sammitində Rusiya perzidentinin nəqliyyat dəhlizləri barədə məsələni xüsusi qeyd etməsi və Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin əhəmiyyətini vurğulaması təsadüfi deyil: “Bu bir tərəfdən Azərbaycanın logistik imkanlarını bütün dünyaya xatırladır, digər tərəfdən Ermənistanı,  onun Baş nazirini verdiyi sözü unutmamağa çağırır. Yəni məlumdur ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndinə görə, Orta Dəhlizin çox mühüm hissəsi olan və bizim “Zəngəzur dəhlizi” dediyimiz 43 kilometrlik yol, Ermənistandan keçən hissə Rusiya sərhədçilərinin nəzarətinə verilməlidir. Amma Paşinyan, sənədi imzalamasına baxmayaraq, bu tələbi yerinə yetirmıək istəmir və and-aman edir ki, bəyanatda belə bir müddəa yoxdur. Açıq şəkildə yazılıb, ancaq Paşinyan, qol çəkməsinə baxmayaraq, “belə bir müdəa yoxdur” deyir. Təbiidir, Azərbaycan maraqlıdır ki, “Zəngəzur dəhlizi” Rusiya sərhədçilərinin nəzarətində olsun. Çünki münasibətlərimizdə kifayət qədər gərginlik var, yola ermənilərin nəzarət etməsi ordan keçən həmvətənlərimiz üçün çox ciddi problemlər yarada bilər, ən əsası, təhlükəsizlik baxımından bu məqsədəuyğun deyil. Ermənilərin düşmənçilik hissi, çox təəssüf ki, keçməyib və nə qədər bu düşmənçilik var, ermənilərin ora nəzarət etməsi təhlükəlidir. Digər tərəfdən, ermənilərdəki terrora meyllilik də bütün dünyaya məlumdur. Ona görə də hesab edirik ki, bir müddət bu yola Rusiya sərhədçilərinin nəzarət etməsi Naxçıvandan Azərbaycanın əsas hissəsinə və əks istiqamətdə hərəkət edən ailələr, insanlar, yüklər üçün daha təhlükəsiz olardı. Ancaq Paşinyan bu tələbi qəbul etmək istəmir və ciddi şəkildə müqavimət göstərir. Çox təəssüf ki, İran da bu tələbə Paşinyandan daha kəskin etiraz edir və bu həmin bəndin icra olunmasında daha ciddi maneədir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da “Zəngəzur dəhlizindən” danışarkən açıq şəkildə demişdi ki, dəhlizin açılmasında ən böyük maneə Ermənistan deyil, İrandır”.

A.Səmədov vurğuladı ki, Azərbaycan ərazisindən keçən Orta Dəhliz çox mühüm əhəmiyyətə malik beynəlxalq nəqliyyat dəhlizidir və Çini Avropa ilə birləşdirən bir dəhlizdir. ”Bu bir tərəfdən Çin, Qazaxıstan, Rusiya, Belarus və Avropa marşrutu ilə çəkilən Şimal Dəhlizinə alternativdir, digər tərəfdən Süveyş kanalından keçən dəniz yoluna alternativdir və çox mühüm əhəmiyyətə malik olan bir dəhlizdir. Təbiidir ki, Azərbaycan da buna çox mühüm əhəmiyyət verir və Ələtdə yaradılan Azad İqtisadi Zona bu dəhlizin əhəmiyyətini bir az da artırır. Eyni zamanda Azərbaycan ərazisindən digər bir dəhliz də keçir. Söhbət Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizindən gedir və dəhliz də, məlumdur ki, 2002-ci ildə Rusiya, İran və Hindistan arasında imzalanmış razılaşma əsasında fəaliyyət göstərir. Azərbaycan bu dəhlizin işə düşməsi üçün də çox ciddi addımlar atıb. Yeri gəlmişkən, biz Şimal-Cənub dəhlizinə 2005-ci ildə qoşulmuşuq. Hətta əsas problemin İran ərazisində olduğunu nəzərə alıb, bir neçə il bundan əvvəl İrana Rəşt-Astara dəmir yolunun tikilməsi üçün 500 milyon dollar kredit də vermişdik. Ancaq hələ də o yol istifadəyə verilməyib və İran bu məsələdə o qədər də tələsmir. Çox təəssüf ki, bu səbəbdən yüklərin daşınmasında ciddi çətinliklər ortaya çıxır. Digər tərəfdən, həm Hindistan, həm də İran Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsinin Ermənistandan keçməsinə cəhd göstərir və Azərbaycanı oyundankənar vəziyyərdə qoymağa çalışırlar. Ancaq bu təkcə onların istəyi ilə bağlı deyil, Ermənistan ərazisində tələb olunan infrastrukturlar yoxdur və bu yolların çəkilməsi üçün kifayət qədər vəsaitə ehtiyac vardı ki, bunu da nə Ermənistan verə bilər, nə də digər dövlətlər Ermənistana bu məsələdə yardım göstərmək niyyətindədir. Bu səbəbdən təbiidir ki, Azərbaycan artıq işlək Orta Dəhlizə malikdir və bunun üçün əvvəllər Bakı-Tiflis-Qars dəmir yolu da keçirdi, bunun əsas ağırlığını Azərbaycan öz üzərinə götürdü. İndi “Zəngəzur dəhlizinin” də işə düşməsi, təbiidir ki, burdan daşınan yüklərin həcmini xeyli artıracaq. Bundan başqa, Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsində də yaxından iştirak edir və Çin bu layihəyə milyardlarla dollar vəsait xərcləyib, bu layihə də çox mühüm əhəmiyyətə malik olan layihədir. 

Azərbaycanın logistik imkanlarını təkcə Rusiya qiymətləndirməyib, bütün dünya, dünyanın qabaqcıl ölkələri bu imkanları görürlər və təbiidir ki, bundan yararlanmağa, faydalanmağa çalışırlar. Eyni zamanda “Zəngəzur dəhlizinin” açılması üçün Ermənistana müəyyən təzyiqlər də göstərilir. Ancaq çox təəssüf ki, İranın tutduğu mövqe və Ermənistanın da bu məsələdə İranın yedəyində hərəkət etməsi bu prosesi ləngidir. Ancaq ümid etmək olar ki, həm sülh sazişinin imzalanmasına, həm “Zəngəzur dəhlizinin” açılmasına bir tərəfdən ABŞ-ın və onun mütəffiqlərinin, digər tərəfdən, Rusiyanın verdiyi dəyər qısa müddətdə o problemləri həll etməyə şərait yaradacaq. 

Azərbaycanla Rusiya arasında artan ticarət dövriyyəsinə gəldikdə isə, bu rəqəm o qədər də böyük deyil. Azərbaycan beynəlxalq hüquqa sadiqdir və Rusiyaya qarşı tətbiq olunan sanksiyaların aşılmasında, sanksiyalardan yan keçilməsində iştirak etmir. Ancaq Ermənistan aktiv şəkildə yaranmış vəziyyətdən yararlanmağa çalışır və keçən il Rusiya ilə Ermənistanın ticarət dövriyyəsi 7 milyard dollardan artıq idisə, hələ il başa çatmayıb, amma artıq Ermənistanla Rusiyanın ticarət dövriyyəsi 8 milyard yarıma yaxınlaşıb. Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi keçən il 2 milyarddan bir az artıq olub. Baxmayaraq ki, bu sahədə də irəliləyiş var. Ancaq Azərbaycan qanunların yanından keçmək sahəsində ermənilər kimi “bacarıqlı olmadığı” səbəbindən Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi Ermənistanla Rusiya arasında olan ticarət dövriyyəsindən hardasa üç dəfədən çox azdır”-deyə A.Səmədov vurğuladı. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031