Babək rayonunun bu qəsəbə və kəndlərində kanalizasiya sistemlərinin tikintisinə başlanılır
Babək rayonunun Cəhri qəsəbəsinin, Payız və Gülşənabad kəndlərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi həyata keçiriləcək.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti hazırlıqlara başlayıb.
Belə ki, sözügedən tikinti işlərinin texniki-iqtisadi əsaslandırılması və layihə-smeta sənədlərinin hazırlanması işləri aparılacaq.
Qurum qeyd olunan qəsəbə və kəndlərdə su təchizatı və kanalizasiya sistemləri tikintisinin 161.783,90 manata başa gələcəyini proqnozlaşdırır.