Türkiyədə qırmızı bülletenlə axtarılan PKK üzvü Mardində öldürüldü -SON DƏQİQƏ
Türkiyənin Mardin şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə terrorçular arasında atışma olub. Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb. O bildirib ki, Artuklu rayonunda keçirilən “Gürz-19” əməliyyatı çərçivəsində Ramazan Aktaş adlı PKK/KCK nümayəndəsi polislərə müqavimət göstərib və o, atışma nəticəsində öldürülüb.
“Faraşin-Bedran” kod adlı terrorçunun qırmızı bülletenlə axtarıldığı bildirilir. Məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində 1 M16 avtomatı, 1 AKİS avtomatı, 5 ədəd M16 avtomatının darağı, 5 ədəd AKİS avtomatının darağı, 4 əl bombası, 2 poverbank, 3 durbin, 1 bel çantası, 1 diktafon, 1 əl fənəri və digər ləvazimatlar ələ keçirilib.
Mətləb Salahov