Fransanın Kaledoniyada elektoratı süni şəkildə artırıb öz xeyrinə istifadə etmək cəhdi iflasa uğradı
Fransa Yeni Kaledoniyada elektoratı süni şəkildə artırıb öz xeyrinə istifadə etmək istəyirdi. Keçirilən aksiyaların bu prosesin baş verməməsinə müsbət təsiri oldu.
Bu sözləri Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov “Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulması haqqında hesabat”ın təqdimatına həsr olunmuş mətbuat konfransında söyləyib.
O bildirib ki, Fransa Yeni Kaledoniyaya qoşun yeridərək əsassız şəkildə komendant saatı tətbiq edir.
A.Abbasovun sözlərinə görə, Sakit okeanda Fransanın ordu saxlaması da bu ölkənin geostrateji məqsədinə xidmət edir.
“Yeni Kaledoniyadakı aksiyaların 3-5 ildən sonra müsbət nəticələrinin şahidi ola bilərik. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti, Fransanın sərt şəkildə tənqid olunması da bu prosesə müsbət təsir edəcək”, - deyə BTQ-nin icraçı direktoru vurğulayıb.
ZÜMRÜD