Ermənistan prezidenti sərhəd delimitasiyası komissiyalarının reqlamentini təsdiqlədi
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyaların iş qaydasını təsdiqləyib.
Bundan əvvəl Ermənistan parlamenti sənədi ratifikasiya edib. 67 deputat "lehinə" səs verib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan sərhəd delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnaməni avqustun 30-da imzalayıblar. Qaydalara delimitasiya işlərinin təşkili və müvafiq sənədlərin qəbulu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtib edilməsi, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtib edilməsi, ekspert qruplarının işi daxildir. Sentyabrın 26-da Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycan delimitasiya komissiyalarının iş qaydası ilə bağlı qərar çıxarıb.
ZÜMRÜD