AYİB-nin təsis edilməsi ilə bağlı sazişdə dəyişikliklər təsdiqləndi
Prezident İlham Əliyev “Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə qanunu imzalayıb.
Sənədə əsasən, “Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişdə Avropa Yenidənqurma və İnkişaf Bankının Müdirlər Şurasının 2023-cü il 18 may tarixli 259 və 260 nömrəli qətnamələri ilə qəbul olunmuş dəyişikliklər təsdiq edilib.
Qeyd edək ki, "Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişin təsdiq edilməsi haqqında Qanun Azərbaycan Respublikasının Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD) üzv olmasını rəsmiləşdirən sənəddir. Bu Qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikası EBRD-nin imkanlarından faydalanaraq ölkədə özəl sektorun inkişafını və iqtisadi islahatların həyata keçirilməsini dəstəkləmək üçün bankın maliyyə resurslarına və texniki yardımına çıxış imkanı əldə edir.
"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə qanun layihəsi Avropa Yenidənqurma və İnkişaf Bankının Müdirlər Şurasının 2023-cü il 18 may tarixli 259 və 260 nömrəli qətnamələri ilə qəbul olunmuş dəyişiklikləri əhatə edir. Bura bankın fəaliyyət coğrafiyasını genişləndirmək və kapital idarəetmə mexanizmlərini daha çevik etmək məqsədilə əlavə olunmuş yeni redaksiyada verilən müddəalar aiddir.