BTQ Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulmasına dair hesabat hazırlayıb
Bakı Təşəbbüs Qrupu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulması, ifadə azadlığı, təbiətə dəyən ziyan barədə hesabat hazırlayıb.
Bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov “Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulması haqqında hesabat”ın təqdimatına həsr olunmuş mətbuat konfransında söyləyib.
O bildirib ki, hesabatda Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulması və bununla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının qarşısının alındığı barədə geniş məlumat verilib.
ZÜMRÜD