Trampın qətlinə cəhd edən şəxsin Ukrayna ilə əlaqəsi olduğu iddia edildi - Kremldən də açıqlama gəldi...
Kremlin sözçüsü Peskov deyib ki, ABŞ-nin sabiq prezidenti Donald Trampın qətlinə cəhd işi üzrə saxlanılmış şəxsin mümkün Ukrayna əlaqələri “odla oynamağ”ın nəticələrinin olduğunu göstərdi.
“Əlbəttə, biz Amerika Birləşmiş Ştatlarından gələn məlumatları diqqətlə izləyirik və vəziyyətin, o cümlədən siyasi rəqiblər arasında nə qədər gərgin olduğunu görürük. Siyasi mübarizə gərginləşir və müxtəlif üsullardan istifadə olunur. Biz diqqətlə izləyirik, lakin biz heç vaxt ABŞ seçkilərinə müdaxilə etməmişik və müdaxilə etməyəcəyik” – deyə Peskov bildirib.
Qeyd edək ki, Amerika mediasında Donald Trampın qətlinə cəhddə şübhəli bilinən 58 yaşlı Rayan Uesli Rutun Ukrayna ilə mümkün əlaqələri haqda məlumat yayılıb. Ukraynanın Beynəlxalq Legionu isə Rayan Uesli Rutun könüllü kimi döyüşçülərin səfərbər edilməsində iştirak etməsi ilə bağlı məlumatı təkzib edir.
TAHİR