Xocalıda 32 ildən sonra ilk zəng çalındı - FOTO
32 ildən sonra Xocalıda ilk Bilik günü keçirilir. Trend xəbər verir ki, otuz ildən sonra işğaldan azad olunan Xocalıda ilk zəng çalınıb.
Bu münasibətlə keçirilən tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, elm və təhsil naziri Emin Əmrullayev, Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov, məktəb kollektivi və valideynlər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.