Ermənistan Azərbaycanla sərhəddə demarkasiya komissiyasının iclasını keçirməyi təklif edib
Ermənistan Azərbaycanla sərhəddə demarkasiya komissiyasının iclasını keçirməyi təklif edib.
Trend xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatına cavabında deyilir.
Qeyd edək ki, dünən rəsmi Bakı Azərbaycanın sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu açıqlayıb:
"Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir.
Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır.
Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik".