Qan donduran hadisə: 14 yaşlı oğlan 4 yaşlı əmisi oğlunun boğazını kəsərək öldürdü
Türkiyənin Kahramanmaraş 4 yaşlı Sultan Akgülü (4 yaş) əmisi oğlu A.A. (14 yaş) tərəfindən boğazı kəsilərək öldürülüb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.
İtmiş qızı Sultan Akgüllə əlaqə saxlaya bilməyən ailəsi polisə xəbər verib. Xəbər üzərinə polis qrupları Sultan üçün axtarış başladıb. İstintaqın sonunda Akgülün cansız bədəni evlərinin yanındakı ot tayasında boğazı kəsilmiş halda tapılıb. Araşdırmalar zamanı qruplar Sultan Akgülün əmisi oğlu A.A.-nın ayaqqabılarında qan ləkələri aşkar olunub.
Nəzarətə alınan A.A. törətdiyi cinayəti etiraf edib və hadisədə istifadə etdiyi bıçaq da götürülüb. Dindirilmə zamanı 4 yaşında əmisi qızının ona daş atdığı üçün boğazını kəsdiyini bildirən 14 yaşlı A.A həbs olunub.
Diana Abdullazadə
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi