ABŞ Departamenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib
ABŞ Dövlət Departamenti AZAL-ın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller özünün "X" sosial şəbəkəsində yazıb.
"Azərbaycan Hava Yollarına" məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması xəbərinə dərindən kədərləndik. Dualarımız həlak olanların ailələri ilə birlikdədir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq. Birləşmiş Ştatlar Qazaxıstan və Azərbaycana yardım göstərməyə hazırdır", - deyə o qeyd edib.