Rusiyadan NATO və Avropa ölkələrinə nüvə xəbərdarlığı - istənilən ssenariyə hazırıq...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Ukrayna müharibəsi və dünyanın digər bölgələrində artan müharibə gərginliyi ilə bağlı açıqlama verib və NATO və Avropa ölkələrinə xəbərdarlıq edib.
Rusiya olaraq dünyanın münaqişəli bölgələrində gərginliyin azaldılması tərəfdarı olduqlarını deyən Lavrov bildirib ki, Rusiya nüvə silahının istifadəsinin qarşısını almaq üçün əlindən gələni edir: “Daha əvvəl ABŞ prezidenti Reyqan və Sovet İttifaqının rəhbəri Qorbaçovun da da ifadə etdiyi kimi heç vaxt nüvə müharibəsi olmamalıdır, çünki bu müharibədə qalib gələn tərəf olmayacaq. Ancaq Ukrayna müharibəsi başlayanda bəzi Qərb ekspertləri bu müharibədə nüvə elementlərindən istifadə edilə biləcəyini deyirdilər. Hətta Böyük Britaniyanın baş naziri nüvə silahı düyməsini basmağın onun məsuliyyəti olduğunu bildirdi. Bunu baş nazir söylədi.
Lavrov, "NATO-ya üzv dövlətlərdən də NATO-nun nüvə ittifaqı olduğuna dair açıqlamalar gəldi. Gördüyünüz kimi, bu müzakirəni başladan biz deyilik".
Lavrov nüvə müharibəsi istəmədiklərini, lakin Rusiya prezidenti Putinin göstərişi ilə istənilən ssenariyə hazır olduqlarını da sözlərinə əlavə edib.
TAHİR