KÖHNƏ VERSİYA            

Bakının "Minsk qrupu buraxılsın" tələbinə Kremldən birmənalı dəstək gəldi...

Image

Abutalıb Səmədov: "Minsk qrupunu kim yaratdı, o hansı qərarla yarandı - bunu görən olmayıb"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dekabrın 25-də keçirdiyi brifinqdə Azərbaycan prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı təklifini şərh edərək bildirib ki, artıq 2022-ci iln fevral ayından Minsk qrupunun bütün rəsmiləri həmkarları olan rusiyalı həmsədrlə bütün əlaqələri kəsib.

XİN sözçüsü əlavə edib ki, artıq Qarabağ problemi öz aktuallığını itirib - Ermənistan-Azərbaycan-Avropa İttifaqı-Fransa sammitinin nəticələrinə görə, Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb.

Zaxarova sonda deyib: "Hesab edirik ki, bununla bağlı müvafiq qərarın qəbul edilməsinin optimal yolu Bakı və İrəvanın bu qurumların ləğvi ilə bağlı birgə təklifidir”.

Bu o deməkdir ki, Minsk qrupunun həmsədrilərindən biri olan Rusiya da bu qurumun ləğvini təklif edir. Elə isə, Minsk qrupunun ölü qurum kimi saxlanılması kimin işinə yarayır?

Baki-xeber.com saytının sualına cavab olaraq politoloq Abutalıb Səmədov bildirdi ki, yəqin ki, Mariya Zaxarovanın mətbuat konfransında "Minsk konfransi" ifadəsini bir neçə dəfə işlətdiyini eşitdiniz: "Əslinə qalsa, Azərbaycan və Ermənistan birlikdə Minsk qrupunun deyil, Minsk konfransının ləğv edilməsi təklifi ilə çıxış etməlidirlər. Çünki Minsk qrupunun yaradılması haqqında qərar yoxdur. 1992-ci ilin mart ayında ATƏT-in Nazirlər Şurası 11 dövlətdən ibarət Minsk konfransını yaradıb. Bu 11 dövlət Minskdə toplaşıb Qarabağ məsələsinin həllini müzakirə etməli, ona müəyyən status verməli idi. Ancaq konfransı çağırmaq mümkün olmadı. O dövrdə Minsk konfransının sədri olan Mario Rafaelli Romada bir neçə iclas keçirib, Minsk qrupunun yaradıldığını elan etdi. Minsk qrupunu kim yaratdı, o hansı qərarla yarandı - bunu görən olmayıb. Ən maraqlısı isə budur ki, həmsədrlərin mandatında da "Minsk qrupu həmsədri" deyil, "Minsk konfransı həmsədri" yazılıb. Yəni Rusiya, ABŞ və Fransa Minsk konfransının həmsədirləridir. Onların mandatında hər şey açıq şəkildə yazılıb.

Lakin Ermənistan Azərbaycanın təklifini qəbul edib, ATƏT-in Nazirlər Şurasına müraciət etmək istəmir. Ermənistan sülh sazişini imzaladıqdan sonra bu təkliflə çıxış edəcəyini deyir. Əgər sən sülh istəyirsənsə, üstəlik 2022-ci ilin oktyabrında Praqada Azərbaycanın ərazi bütövlüyünü qəbul edibsənsə, onda nəyə görə belə bir təkliflə indi çıxış etmək istəmirsən? Əslində bunu Mariya Zaxarova da vurğuladı. Həmin Minsk qrupuna çevrilmiş Minsk konfransı 2022-ci ilin fevralından faktiki olaraq fəaliyyət göstərmir. Həmin ilin aprel ayında Rusiya bəyan elədi ki, artıq Minsk qrupunun həmsədrliyi yoxdur. Ancaq Ermənistan onun ləğvini rəsmiləşdirmək ücün müraciət etmək istəmir. Mən güman edirəm ki, Ermənistan müraciət etsə belə, bu təklif ATƏT-in Nazirlər Şurasınadan keçməzdi. Çünki orada qərarlar konsensusla qəbul edilir, Ermənistan müraciət etsə də, ya Fransa, ya da Hollandiya buna səs verməzdi və yaxud başqa bir ölkə ermənilərdən daha çox ermənilik edib bu qərarın əleyhinə səs verərdi. Çünki hələ də ümid edirlər ki, Qarabağ ermənilərini kollektiv şəkildə geri qaytarmaq mümkün ola bilər. Sonra isə növbəti mərhələyə keçib Qarabağa status vermək məsələsini qaldırmaq olar. Bunu isə yalniz Minsk konfransı (qrupu) qaldira bilər.

Yəni aydındir ki, həm Ermənistan, həm də Fransa hələ də Azərbaycan ərazisində separatçılıq yuvasını saxlamaqdan imtina etməyiblər. Belə bir yuvanın Qarabağda saxlanılması Azərbaycana təsir imkanlarını artırır. Nəzərə alsaq ki, Fransa hakimiyyəti Azərbaycana qarşı düşmən mövqedədir, bu amildən istifadə etmək istəyir. Ona görə də Ermənistan Minsk konfransı ilə bağlı Azərbaycanın təklifini qəbul edə bilmir. Əgər Fransa icazə versə, yəqin ki, edər.

Amma tamamilə mümkündür ki, Tramp fəaliyyətə başlayandan sonra Ermənistana zəruru təzyiqlər göstərilsin. Çünki Tramp kifayət qədər sözü birbaşa deyən siyasətçidir. Digərlərindən fərqli olaraq, o, yəqin ki, Paşinyana sual verəcək: sən Praqada Avropa Siyasi Birliyinin sammitində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təsdiqləyən sənədə qol çəkmisənsə, nəyə görə Minsk konfransının ləğvi ilə bağlı təklif vermirsən? Məqsəd nədir, bu keçmişin qaytarılması arzusudursa, onda bölgədə sülhdən danışmaq qeyri-mümkündür, heç sülh sazişini imzalamağa da ehtiyac yoxdur. Ancaq Trampa sülh sazişinin imzalanması lazımdır. Çünki o özünün xarici siyasətdə prioritetlərindən biri kimi, Ukrayna və İsrail-Fələstin məsələsindən sonra Cənubi Qafqazda sülhə nail olmağı seçib. Artiq məsələnin sonuna gəlinib, burada elə də çox enerji sərf etmədən sülh sazişini imzalatdirib, özünün xidməti kimi həm Amerika cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə təqdim edə bilər.

Nəzərə alsaq ki, İsrail-Fələstin məsələsi ağırdır, burada fikir ayrılıqları həddən çoxdur,  Rusiya-Urayna məsələsində fikir ayrılıqları ondan da çoxdur. Elan etsə də ki, bu məsələləri hər iki tərəfə təzyiq yolu ilə 24 saata həll edəcək, amma Trampın Rusiyaya təzyiq imkanları o qədər də böyük deyil. Rusiya son günlər dəfələrlə elan edib ki, atəşkəsi qəbul etmir, Rusiyanı qane edən uzunmüddətli və dayanıqlı sülh sazişi olmalıdır. Yoxsa atəşkəs elan edilsin, gələcək hərbi əməliyyatlara hazırlaşılsın - Rusiya bunu qəbul eləmir. Dünən bununla bağlı Rusiya xarici işlər naziri bəyanat verdi. Rusiya prezidenti də dəfələrlə bunu deyib. Bu səbəbdən də Ukrayna məsələsinin həlli çox çətindir. Burada yalnız Ukraynanı güzəştlərə məcbur etməklə nəyəsə nail olmaq mümkündür.

Ukrayna Rusiyanın istədiyi güzəştə gedə bilərmi? Bəlkə də gedə bilər, amma bunu, təbiidir ki, Zelenski etməyəcək. Ölkədə yeni prezident seçilməlidir, yalnız bundan sonra yeni prezident təqdim edilən sənədi imzalaya bilər. Bu səbəbdən ümid edək ki, Tramp əsas diqqəti Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh sazisinə yönəldəcək, buna mane olan dörd məsələnin həlli üçün Paşinyana təzyiq göstərəcək. Bunların icərisində Minsk konfransının ləğvi əsas yer tutur".

Dəniz NƏSİRLİ







VİDEO

Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

SON XƏBƏRLƏR

27.12.2024 | 10:29
Qroznıda "təyyarə cinayətinin" arxasında konkret şəxslər var...

27.12.2024 | 10:20
Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi - xanım direktor işdən çıxarıldı

27.12.2024 | 10:15
Bu gün Suraxanı, Cəlilabad və Lənkəranın bir hissəsində işıq olmayacaq

27.12.2024 | 10:10
İmadəddin Nəsiminin 655 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

27.12.2024 | 10:05
Kanadalı nazirlər Trampın görüşünə gediblər

27.12.2024 | 10:00
"Natali Luazonun bu fikirlərini qınayırıq" - İcmadan etiraz bəyanatı

27.12.2024 | 09:50
Azərbaycan idman ölkəsi kimi gücünü beynəlxalq yarışlarda təsdiqləyib

27.12.2024 | 09:40
ABŞ-da ŞOK HADİSƏ - avtomobildə 4 yaşlı uşaq güllələnib!

27.12.2024 | 09:30
Peru Azərbaycana başsağlığı verib

27.12.2024 | 09:22
Azərbaycanda distant təhsil diplomları birdəfəlik qadağan olundu...

27.12.2024 | 09:18
Yaponiyadan 2025-ci il üçün rekord büdcə - 731 milyard dollar!

27.12.2024 | 09:14
İngiltərə nəhənglərindən xal itkisi

27.12.2024 | 09:05
Şirvanda "Jiquli" hasara çırpılıb, sürücü ölüb

27.12.2024 | 09:00
Bu gün Sumqayıtın böyük hissəsində qaz olmayacaq - XƏBƏRDARLIQ

27.12.2024 | 08:39
Yumurta yenə bahalaşmağa başladı - qıtlıq, ya bayramqabağı hadisə?..

26.12.2024 | 23:52
Aktauda qəzaya uğrayan təyyarənin ikinci “qara qutu”su da tapıldı

26.12.2024 | 23:27
Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

26.12.2024 | 22:43
Gürcüstan spikeri və XİN rəhbəri təyyarə qəzası ilə əlaqədar Azərbaycan səfirliyində olublar

26.12.2024 | 21:55
İsrail aviaşirkəti AZAL təyyarəsinin qəzaya uğramasından sonra Moskvaya bütün reysləri ləğv etdi

26.12.2024 | 21:38
Təyyarə qəzasında yaralananlar "Yeni Klinika"ya yerləşdirildi

26.12.2024 | 21:30
Təyyarə qəzasında yaralananlara və ölənlərin ailələrinə maddi kompensasiya veriləcək

26.12.2024 | 21:12
Dünyada ən dəhşətli dollar-yuan müharibə dövrü başladı...

26.12.2024 | 21:10
Təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirildi - FOTO

26.12.2024 | 21:07
Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb

26.12.2024 | 20:56
“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

26.12.2024 | 20:41
Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”...

26.12.2024 | 20:26
Paşinyan Ermənistanı MDB-dən də uzaqlaşdırır - Moskvada hələ ümid edirlər...

26.12.2024 | 20:12
"Qərbi azərbaycanlıların qayıdış məsələsi sülh sazişində yer aldı" - erməni cəmiyyəti yeni xofda...

26.12.2024 | 19:58
Ermənistanın ticarətində 54 faiz artım necə baş verir?...

26.12.2024 | 19:45
Minlərlə kənd kitabxanası təhlükədən qurtardı - ağıllı təklif var...

26.12.2024 | 19:36
Təyyarəmiz Qroznıda vurulub, məsuliyyət Rusiyanın üzərindədir - təsdiqləndi...

26.12.2024 | 19:32
Təyyarə qəzasında yaralanan vətəndaşlarımız Bakıya gətirildi - FOTO

26.12.2024 | 19:23
"Türkiyə Abxaziyada çevriliş hazırlayır" - ermənilər bölgənin yeni rusofob "prezidentini" də tapıblar...

26.12.2024 | 19:10
Vətən müharibəsindən sonra diasporumuzun ən ümdə işi - lobbiçilik...

26.12.2024 | 19:01
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 18:56
Bakının "Minsk qrupu buraxılsın" tələbinə Kremldən birmənalı dəstək gəldi...

26.12.2024 | 18:42
Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

26.12.2024 | 18:28
ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

26.12.2024 | 18:28
Tiflisdə azərbaycanlıları da təkrar seçki tələbilə ayağa qaldırırlar...

26.12.2024 | 18:22
Aktauda təyyarə qəzasında yaralananlar FHN-in xüsusi təyyarəsi ilə Bakıya yola düşdü - FOTO

26.12.2024 | 18:15
“Quru keçidlər açıq olsaydı, təyyarə qəzası olmazdı” - sosial şəbəkələrdə absurd müzakirə...

26.12.2024 | 18:12
Andjey Duda Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 18:02
Vaxtı ötmüş kreditlər probleminin günahkarı yenə də banklar özləridir...

26.12.2024 | 17:49
MDB ölkələri ilə ticarətimizdə böyük nöqsan var - cəmi 1.4 milyard dollar...

26.12.2024 | 17:44
Si Cinpin Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 17:42
Rüstəm Minnixanov Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 17:37
Tarix muzeyində saxta “Erməni Kilikiya şahlığı” ekspozisiyası açılıb

26.12.2024 | 17:26
Bakıda şagirdlər marşrut avtobuslarına buraxılmır...

26.12.2024 | 17:18
Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb

26.12.2024 | 17:10
Rusiyadan NATO və Avropa ölkələrinə nüvə xəbərdarlığı - istənilən ssenariyə hazırıq...

26.12.2024 | 17:02
Təyyarə qəzasında xəsarət alan bir qrup vətəndaşımız ölkəyə gətirilir - FOTO

26.12.2024 | 16:51
AZAL-ın təyyarəsinin qəzaya uğramasına Rusiya raketi səbəb olub - "Euronews"dan iddia...

26.12.2024 | 16:44
Slovakiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib

26.12.2024 | 16:30
“Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir” - Vüqar Rəhimzadə

26.12.2024 | 16:08
Əsədin arvadının vəziyyəti ağırlaşdı - sağalma şansı 50 faizə düşüb, otağına heç kim buraxılmır...

26.12.2024 | 15:39
Gürcüstanın XİN başçısı Ceyhun Bayramova zəng vurdu - "Azərbaycanın yanındayıq"

26.12.2024 | 15:30
Fələstin Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:18
Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir

26.12.2024 | 15:17
BƏƏ Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:15
Həştərxanın qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 15:12
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:10
TDT Baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:35
Tramp Milad təbrikində Kanadanın baş nazirini qubernator adlandırdı - ABŞ-ın 51-ci ştatı olsalar...

26.12.2024 | 14:32
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə məktub göndərib

26.12.2024 | 14:20
"Nəşlərin tanınması üçün yaxınlarının DNT analizinə ehtiyac olacaq" - Baş konsul

26.12.2024 | 14:16
Milorad Dodik Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:14
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 14:05
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 13:51
Təyyarə qəzasında vəfat edən sərnişinlər və ekipaj üzvlərinin siyahısı açıqlandı

26.12.2024 | 13:45
Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub

26.12.2024 | 13:34
ABŞ Departamenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

26.12.2024 | 12:46
AZAL prezidentindən təyyarə qəzasının səbəbləri ilə bağlı açıqlama...

26.12.2024 | 12:33
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

26.12.2024 | 12:16
Təyyarə qəzasında xəsarət alanlardan daha birinin azərbaycanlı olduğu məlum oldu

26.12.2024 | 12:05
Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO

26.12.2024 | 12:00
Azərbaycan kubokunun final matçı Sumqayıtda keçiriləcək

26.12.2024 | 11:51
Qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 3-ü ölüb

26.12.2024 | 11:50
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

26.12.2024 | 11:45
Təyyarə qəzasında həlak olanlardan biri Cəlilabad sakinidir

26.12.2024 | 11:30
Qazaxıstan Baş nazirinin müavini Ceyhun Bayramova zəng edib

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031