Andjey Duda Prezident İlham Əliyevə başsağlığı verdi
Polşa Respublikasının Prezidenti Andjey Duda Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Başsağlığı məktubunda deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması, çoxlu sayda insanın həlak olması və yaralanması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.
Bu fəlakət zamanı həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirəm. Ölkəmizin bütün vətəndaşları Azərbaycan xalqının hüzn və kədərinə şərikdirlər.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".