KÖHNƏ VERSİYA            

Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

Image

Elşad Həsənov: "Stüardessanın danışıqlarından aydın olur ki, qəza anına qədər təyyarənin arxa tərəfi dəlik-deşik olub, ona görə də o, sərnişinlərə qabağa keçmək göstərişi verir...”

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 62 sərnişin və 5 ekipaj üzvündən 29 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev qəzada 38 nəfərin həlak olduğunu açıqlayıb.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer E190AR” təyyarəsi yerli vaxtla saat 07:55-də Bakıdan Qroznıya AHY8243 reysi ilə havaya qalxıb. Rəsmi məlumata görə,  Qroznı hava limanından duman səbəbindən reys Mahaçqalaya, oradan isə Aktauya yönləndirilib.

Təyyarə qəzası ətrafında kifayət qədər müəmmalar var.

Məsələn, Qroznıda hava dumanlı idisə, necə oldu ki, Mahaçqalada da hava səraiti təyyarənin enişinə imkan vermədi və onu Xəzərin o tayına - Aktauya yönləndirdilər? Üstəgəl, sağ qalan sərnişinlər deyir ki, təyyarə bir saatdan çox qəzalı vəziyyətdə uçub. Bu onu deməyə əsas vermirmi ki, təyyarə Qroznoda zədələnib? Bundan əlavə, təyyarənin gövdəsində çoxlu sayda mərmi dəlikləri var. Dəliklərin forması onların kənardan atəş nəticəsində açıldığını aydın göstərir.

Təyyarə havada olanda qeydə alınan video-götüntüdən məlum olur ki, hava gəmisi hardasa atəşə tutulub, qanadlarında mərmi zədələri var.

Bir məqamı da qeyd edək ki, qəzanın istintaqı başa çatana qədər Bakı-Qroznı və Bakı-Mahacqala reysləri təxirə salınıb. Bunun da səbəbi müəmmalardan biri kimi qiymətləndirilə bilər.

Brazilyanin “Embraer" şirkəti 1969-cu ildən eyni markali təyyarənin müxtəliv modfikasiyasının istehsalı ilə məşğuldur. Fəaliyyət göstərdiyi 55 ildə "AZAL"-a məxsus “Embraer E190AR” şirkətin qəzaya uğrayan dördüncü və ən çox itki verən təyyarəsidir. Təyyarə dünyanın ən etibarli hava gəmilərindən biri sayılır. Onun qəza ehtimalı 0,1 faiz təşkil edir. “Embraer" şirkətinin iki təyyarəsi Çində, bir təyyarəsi isə Namibiyada qəzaya uğrayıb. Bu üç qəzada cəmi 7 nəfər həlak olub. Bunlardan birinə təyyarənin terrorçular tərəfindən qaçırılmaq cəhdi səbəb olub. Təyyarə dağa çırpılaraq qəzaya uğrayıb.

Daha bir müəmma ondan ibarətdir ki, Rusiya hadisə yerinə nəyə görə fövqəladə hallar və həkim briqadası deyil, diplomatik korpuslarını göndərir?

“Bakı-Xəbər” qəzetinin sualını cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert Elşad Həsənov həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa dilədikdən sonra bildirdi ki, qəza baş verəndən az sonra Azərbaycan Pprezidenti Rusiyaya səfərini yarımçıq dayandıraraq Bakıya qayıtdı: "Fövqəladə iclas çağırdı və baş nazirin rəhbərliyi ilə dövlət komissiyası yaradıldı. Komissiya üzvlərindən bəziləri qəza yerinə - Aktauya uçdular. Yəni Azərbaycan təyyarəsinin qəzası ilə bağlı lazım olan bütün tədbirlər görüldü. Cənab prezident də çıxışında bildirdi ki, müxtəlif versiyalar var, lakin komissiya bunu hərtərəfli araşdırmalıdır, bundan sonra isə komissiyasının yekun rəyi olacaq.

Bununla yanası qeyd etmək lazımdir ki, artıq XXI əsrdir, internet, sosial səbəkələr inkişaf edib. Təyyarənin qəza anına qədərki vəziyyətini əks etdirən görüntülər var. Həmin görüntülər bizə fikir yürütməyə əsas verir. Biz bütün əlamətləri nəzərə alaraq müəyyən qənaətə gələ bilərik. Amma əsas məsələ dövlət komissiyasının rəyidir, çünki onlar həm də bizə məlum olmayan informasiyaya malik olacaqlar. Ona görə də, o rəyi gözləməkdə fayda var.

Lakin onu deyə bilərəm ki, təyyarə Qroznı hava limanında hansısa səbəbdən enis edə bilməyib. Rəsmi məlumatlara görə, buna dumanlı hava şəraiti səbəb olub. Daha sonra təyyarə quş dəstəsi ilə toqquşub və təyyarəni Mahaçqala da qəbul etməyib.

Eyni zamanda, biz sosial şəbəkələrdən məlumat aldıq ki, hadisə günü Ukrayna SQ tərəfindən Şimali Qafqaz pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücuma məruz qalıb (ancaq bu rəsmi təsdiqini tapmadı - D.N.). İndi dəqiq bilinmir ki, təyyarəyə PUA hücumu olub, yoxsa dumanlı havada ayırd edilə bilinmədiyi səbəbindən təyyarə Qroznının havadan müdafiə qüvvələrinin atəşinə tuş gəlib. Bu artıq araşdırılmalıdır. Fakt budur ki, təyyarənin gövdəsində və qanadlarında mərmi deşikləri var, təyyarə hardasa atəşə tutulub. İndi o versiya da var ki, təyyarədə oksigen balonu da partlayıb. Ancaq stüardessanin danışıqlarından aydın olur ki, qəza anına qədər təyyarənin arxa tərəfi dəlik-deşik olub, ona görə sərnişinlərə qabağa keçməyə göstəriş verir.  Qəza anina qədər salonda ayağından yaralanan var, stüardessa onu sarımağa göstəriş verir.

Bu nöqteyi-nəzərdən aydın olmayan çoxsaylı məsələlər var, buna yalnız dövlət komissiyası aydınlıq gətirə bilər. Sonda bu barədə ictimaiyyətə və dövlət başçısına məlumat veriləcək.

Hazirda Aktauda Qazaxıstanın baş nazir müavininin rəhbərliyi ilə komissiya işləyir.

Bir məsələni də qeyd edim ki, təyyarəyə ilk yetişən eleltrik şəbəkəsində inşaat işləri ilə məşğul olan fəhlələr olub. Onlar ürək yanğısı ilə qəzaya düşənlərə kömək edirlər. Bu, qazax xalqının öz qardaşlarına qarşı duygusal fədakarlığının nümunəsidir.

Mətbuatda daha çox qəzanın quş dəstəsi ilə toqquşma versiyasi hallanır, amma quş dəstəsi təyyarənin gövdəsində bu cur dəliklər aça bilməz. Bunun mərmi deşikləri olduğu hamıya bəllidir.

O ki qaldı Rusiyanın hadisə yerinə fövqəladə hallar və ya həkim birqadası deyil, diplomatik korpus göndərməsinə, bu da aydın məsələdir. Çünki Qazaxıstan hakimiyyəti lazım olan bütün tədbirləri görür, ona görə də oraya belə briqadaların göndərilməsinə ehtiyac yoxdur.

Mənim səxsi qənaətim ondan ibarətdir ki, bu, Rusiyanın Ukraynaya qarşı apardıgı qardaş qırğınının fəsadıdır. Hazırda Rusiyanın bütün əraziləri müharibə zonası sayılır. Çünki heç kim PUA hücumundan və ona qarşı müdafiə sistemlərindən sığortalanmayıb.

Hesab edirəm ki, belə ədalətsiz müharibələr mütləq dayanmalıdır. Şükürlər olsun ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edərək müharibə bəlasına son qoyub.

Bir daha yaralananlara şəfa, həlak olanlara isə Allahdan rəhmət diləyirəm".

Dəniz NƏSİRLİ







VİDEO

Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

SON XƏBƏRLƏR

27.12.2024 | 09:00
Bu gün Sumqayıtın böyük hissəsində qaz olmayacaq - XƏBƏRDARLIQ

27.12.2024 | 08:39
Yumurta yenə bahalaşmağa başladı - qıtlıq, ya bayramqabağı hadisə?..

26.12.2024 | 23:52
Aktauda qəzaya uğrayan təyyarənin ikinci “qara qutu”su da tapıldı

26.12.2024 | 23:27
Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

26.12.2024 | 22:43
Gürcüstan spikeri və XİN rəhbəri təyyarə qəzası ilə əlaqədar Azərbaycan səfirliyində olublar

26.12.2024 | 21:55
İsrail aviaşirkəti AZAL təyyarəsinin qəzaya uğramasından sonra Moskvaya bütün reysləri ləğv etdi

26.12.2024 | 21:38
Təyyarə qəzasında yaralananlar "Yeni Klinika"ya yerləşdirildi

26.12.2024 | 21:30
Təyyarə qəzasında yaralananlara və ölənlərin ailələrinə maddi kompensasiya veriləcək

26.12.2024 | 21:12
Dünyada ən dəhşətli dollar-yuan müharibə dövrü başladı...

26.12.2024 | 21:10
Təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirildi - FOTO

26.12.2024 | 21:07
Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb

26.12.2024 | 20:56
“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

26.12.2024 | 20:41
Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”...

26.12.2024 | 20:26
Paşinyan Ermənistanı MDB-dən də uzaqlaşdırır - Moskvada hələ ümid edirlər...

26.12.2024 | 20:12
"Qərbi azərbaycanlıların qayıdış məsələsi sülh sazişində yer aldı" - erməni cəmiyyəti yeni xofda...

26.12.2024 | 19:58
Ermənistanın ticarətində 54 faiz artım necə baş verir?...

26.12.2024 | 19:45
Minlərlə kənd kitabxanası təhlükədən qurtardı - ağıllı təklif var...

26.12.2024 | 19:36
Təyyarəmiz Qroznıda vurulub, məsuliyyət Rusiyanın üzərindədir - təsdiqləndi...

26.12.2024 | 19:32
Təyyarə qəzasında yaralanan vətəndaşlarımız Bakıya gətirildi - FOTO

26.12.2024 | 19:23
"Türkiyə Abxaziyada çevriliş hazırlayır" - ermənilər bölgənin yeni rusofob "prezidentini" də tapıblar...

26.12.2024 | 19:10
Vətən müharibəsindən sonra diasporumuzun ən ümdə işi - lobbiçilik...

26.12.2024 | 19:01
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 18:56
Bakının "Minsk qrupu buraxılsın" tələbinə Kremldən birmənalı dəstək gəldi...

26.12.2024 | 18:42
Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

26.12.2024 | 18:28
ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

26.12.2024 | 18:28
Tiflisdə azərbaycanlıları da təkrar seçki tələbilə ayağa qaldırırlar...

26.12.2024 | 18:22
Aktauda təyyarə qəzasında yaralananlar FHN-in xüsusi təyyarəsi ilə Bakıya yola düşdü - FOTO

26.12.2024 | 18:15
“Quru keçidlər açıq olsaydı, təyyarə qəzası olmazdı” - sosial şəbəkələrdə absurd müzakirə...

26.12.2024 | 18:12
Andjey Duda Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 18:02
Vaxtı ötmüş kreditlər probleminin günahkarı yenə də banklar özləridir...

26.12.2024 | 17:49
MDB ölkələri ilə ticarətimizdə böyük nöqsan var - cəmi 1.4 milyard dollar...

26.12.2024 | 17:44
Si Cinpin Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 17:42
Rüstəm Minnixanov Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 17:37
Tarix muzeyində saxta “Erməni Kilikiya şahlığı” ekspozisiyası açılıb

26.12.2024 | 17:26
Bakıda şagirdlər marşrut avtobuslarına buraxılmır...

26.12.2024 | 17:18
Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb

26.12.2024 | 17:10
Rusiyadan NATO və Avropa ölkələrinə nüvə xəbərdarlığı - istənilən ssenariyə hazırıq...

26.12.2024 | 17:02
Təyyarə qəzasında xəsarət alan bir qrup vətəndaşımız ölkəyə gətirilir - FOTO

26.12.2024 | 16:51
AZAL-ın təyyarəsinin qəzaya uğramasına Rusiya raketi səbəb olub - "Euronews"dan iddia...

26.12.2024 | 16:44
Slovakiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib

26.12.2024 | 16:30
“Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir” - Vüqar Rəhimzadə

26.12.2024 | 16:08
Əsədin arvadının vəziyyəti ağırlaşdı - sağalma şansı 50 faizə düşüb, otağına heç kim buraxılmır...

26.12.2024 | 15:39
Gürcüstanın XİN başçısı Ceyhun Bayramova zəng vurdu - "Azərbaycanın yanındayıq"

26.12.2024 | 15:30
Fələstin Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:18
Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir

26.12.2024 | 15:17
BƏƏ Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:15
Həştərxanın qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 15:12
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:10
TDT Baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:35
Tramp Milad təbrikində Kanadanın baş nazirini qubernator adlandırdı - ABŞ-ın 51-ci ştatı olsalar...

26.12.2024 | 14:32
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə məktub göndərib

26.12.2024 | 14:20
"Nəşlərin tanınması üçün yaxınlarının DNT analizinə ehtiyac olacaq" - Baş konsul

26.12.2024 | 14:16
Milorad Dodik Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:14
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 14:05
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 13:51
Təyyarə qəzasında vəfat edən sərnişinlər və ekipaj üzvlərinin siyahısı açıqlandı

26.12.2024 | 13:45
Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub

26.12.2024 | 13:34
ABŞ Departamenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

26.12.2024 | 12:46
AZAL prezidentindən təyyarə qəzasının səbəbləri ilə bağlı açıqlama...

26.12.2024 | 12:33
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

26.12.2024 | 12:16
Təyyarə qəzasında xəsarət alanlardan daha birinin azərbaycanlı olduğu məlum oldu

26.12.2024 | 12:05
Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO

26.12.2024 | 12:00
Azərbaycan kubokunun final matçı Sumqayıtda keçiriləcək

26.12.2024 | 11:51
Qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 3-ü ölüb

26.12.2024 | 11:50
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

26.12.2024 | 11:45
Təyyarə qəzasında həlak olanlardan biri Cəlilabad sakinidir

26.12.2024 | 11:30
Qazaxıstan Baş nazirinin müavini Ceyhun Bayramova zəng edib

26.12.2024 | 11:20
Azərbaycan və Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmalıdır - SƏBƏB?... Ramilə Dadaşova yazır

26.12.2024 | 11:05
"Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir” - Həkimdən açıqlama

26.12.2024 | 11:00
"Dualarımız və düşüncələrimiz Azərbaycanladır"- Pakistan səfirindən paylaşım

26.12.2024 | 10:40
Sumqayıtda 105 000 abonentə bəd xəbər- bu gün qaz olmayacaq...

26.12.2024 | 10:30
Bir gündə 48 cinayətin üstünün açılması təmin olunub - DİN

26.12.2024 | 10:20
Təyyarə qəzasında sağ qalanlardan 12 nəfəri bu gün Azərbaycana gətirilir

26.12.2024 | 10:15
Bu hökmün icrası barbarlıqdır və ləğv edilməlidir - Nobel sülh mükafatçısından İrana İTTİHAM

26.12.2024 | 10:10
Siyasi partiyalar təyyarə qəzası ilə əlaqədar bəyanat yayıblar

26.12.2024 | 10:05
"Real" bu almaniyalı futbolçuya "göz qoyub"...

26.12.2024 | 10:00
Təyyarə qəzası zamanı xəsarət almış doqquz rusiyalı təxliyə edilib - Rusiya FHN açıqlama yaydı

26.12.2024 | 09:30
Braziliya da təyyarə qəzasını araşdıracaq - Qazaxıstandan AÇIQLAMA

26.12.2024 | 09:26
“Azparkinq" işçilərinin böyük nöqsanı - ancaq cərimə yazır, nəzarət etmirlər...

26.12.2024 | 09:20
Baydendən Pentaqona "vəsiyyət" - Kiyevə hərbi yardımı davam etdirin...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031