Təyyarə qəzasında xəsarət alanlardan daha birinin azərbaycanlı olduğu məlum oldu
Aktau şəhərində baş verən təyyarə qəzasında yaralananlardan birinin şəxsiyyəti müəyyən edilib.
Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Maqistau vilayətinin Akimatlığından bildirilib.
"İstintaq orqanları tərəfindən iki xəstənin şəxsiyyəti müəyyən edilib, onlardan biri Azərbaycan vətəndaşıdır", - deyə məlumatda bildirilir.
Bildirilir ki, hazırda həkimlərin nəzarəti altında 20 xəstə var, onlardan altısı reanimasiyadadır. İki xəstə travmatologiya şöbəsinə köçürülüb.