ABL-ın basketbol görüşü təxirə düşdü
AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycan Respublikası ərazisində matəm elan olunub. Baş verən faciə ilə əlaqədar Azərbaycan Basketbol Liqasında (ABL) 9-cu turun "Şəki" - "Gəncə", "Sumqayıt" - "Quba" və "Naxçıvan" - "Abşeron" görüşləri irəli bir tarixə təxirə salınıb.
İradə SARIYEVA