Azərbaycan çempionatı bir günlük təxirə salındı
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Bununla əlaqədar olaraq, taekvondo üzrə yeniyetmə və gənclər arasında ölkə birincilikləri, böyüklər arasında Azərbaycan çempionatının dekabrın 26-na təyin olunmuş görüşləri təxirə salınaraq dekabrın 27-də keçiriləcək. Bu barədə baki-xeber.com-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib. Bununla da yarışların son günü 29 dekabr deyil, 30 dekabr olaraq müəyyən edilmişdir.
İradə SARIYEVA